Balaca qız və sevgi

Lap bir “rep” parçasında deyildiyi kimi: Balaca qız! Bapbalaca qız!

Balacalıq sevməyən, daim böyüklük istəyən, kiçik addımlarıyla məsafələr qət etməyi arzulayan iddialı qızcığaz! Ona “uşaq” deyirlər. Amma, o, bunu sevmir! Nə olsun ki, gəlinciklə oynayır!? Axı, nə etməlidir!? Rəfiqələri yoxdur. Ürəyimi partlasın tənhalıqdan!? Yoxsa, onu qıcıq edən qonşu qızlarına yaltaqlanıb, çevrələrinə girsin!? Zəhləsi gedir onlardan! Onların da, mənim qəhrəmanımdan…

…Onun hələ sevgidən xəbəri yoxdur. Yalnız, mahnılarda eşidib. Bir dəfə atasından sevginin nə olduğunu soruşub. O isə, “atalar anaları çox istəyəndə, onlar üçün darıxanda, bu olur sevgi” deyə cavab v ermişdi. Amma, bir dəfə…

…Avtobus dayanacağında, anası ilə birlikdə durduğu zaman, bir “əmi” onlara yaxınlaşmışdı, anasına tərəf baxıb, “Guya, məni sevirdin!? Sən heç bilirsənmi ki, sevgi nə olan şeydir!?” deyərək cavab gözləmədən keçib getmişdi. Anası çox pərişan olmuşdu. Dodaqaltı, “Mən səni hələ də sevirəm!” cümləsini təkrar edə-edə doluxsunmuşdu. Bu hal balaca qıza çox qəribə gəlmişdi. Anasına, “Sən bu kişini atamla səhv salmamısan?” deyə soruşmuşdu. Anası isə, əsəbləşib, “Səsivi kəs! Səyləmə!” deyərək, onu pərt eləmişdi. Çox qəribə gəlmişdi gördükləri balaca qıza!

Heç cür anlaya bilmir bu sevginin mənasını! Yəqin, böyüklər düz deyir: O uşaqdır! Məyus olur bu acı həqiqətdən! Və tez böyümək istəyir! Mümkün qədər tez! Axı, nənəsi deyib ki, yalnız böyüyəndən sonra hər şeyi anlayacaq! O anlamaq istəyir! Sevgini dadmaq istəyir! Məğzini anlamaq üçün! Amma, sevginin “o biri üzü”ndən xəbərsizdir, yazıq qız! Bilmir ki, HƏSRƏT də var! Xəyanət də, məyusluq da, göz yaşları da…. Hətta, intihar belə!

Binalarına bir oğlan köçüb təzəliklə. Çox yaraşıqlıdır! Bütün qonşu qızlar onunla oynamağa can atır. Hamı onunla dostlaşmaq istəyir. Amma, o…. Balaca qızı seçir! Mənim qəhrəmanımın da, ondan çox xoşu gəlir. Onu gördüyü anda, bədənindən əcaib giziltilər keçir. Heç cür anlaya bilmir, nədəndir bu giziltilər! Bu onu utandırır, həyəcan verir ona! Anlamır olanları! Eh! Tez böyümək istəyir! BÖYÜMƏK!

Eybi yox, az qalıb. Çox az! Bir neçə ildən sonra, hər şeyi anlayacaq! Biləcək ki, sevgi Tanrının sözdinləməz insanlara verdiyi bir cəzadır!

Balaca qız! Yazıq qız! Görəsən, o nə edib ki, Tanrıya!?

Aybən Əliyeva

Balaca qız və sevgi

(tia.az-ın arxivindən)

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma