Romeonun Culyettaya məktubu

(bədii-satirik felyeton)

Xoş gördük, mənim əbədi məhəbbətim Culyetta! Sənə, yalnız mənə məxsus olan əvəzsiz İtaliya gözəlinə, dağlar, dənizlər, və sonsuz (nəsli kəsilən) meşələr arxasından məktub yazıram.

Səndən ayrılası az qala yarım minillik oldu, burdakıların sözü olmasın, eşşək kimi darıxdım (hərçənd, eşşək necə darıxır – bilən yox). İndi, deyəcəksən ki (təbii ki, bu vaxtda sənin başına nə gəldiyini bilmirəm), niyə susurdun…

Nə desən azdır, Culyetta! Heç özüm də bilmirəm, necə danışım sənə. Sadəcə, onu deyim ki, başıma gələn macəralar beynimi o qədər məşğul etmişdi ki, sənə yaza bilmirdim.

İnsafən, bu illər ərzində tək bir arzum olub: Rahatlığa qovuşub sənə bir məktub yazım. Amma ki, indi nə özüm rahat, nə də məktubum nikbin deyil. Sadəcə, uzun illlər ərzində ümidlə gözləməkdən bezdim və belə qənaətə gəldim ki, gələn il daha bədbin olmamış, həyatımın ən bədbin ili 2010-cu ilin sonunda sənə ilk məktub yazım. Heç olmasa, məndən sənə xəbər olsun.

Şekspirə nə deyim, ay Culyetta! Bizi dalbadal zəhərləyib öldürdü.  Di gəl, üstündən xeyli keçdikdən sonra bildim ki, əslində ölməmişəm. Sadəcə, yeni zəmanədə, yeni bədəndə və yeni ölkədə peyda olmuşam. Buna indi “reinkornasiya” deyirlər. Qısası, məni o dünyada qəbul etmədilər. Elə, cəhənnəmin qapısındaca dedilər:“Səni burdan da bedtər bir yerə göndərəcəyik!” Göndərdilər də.

Əvvəla, deyim ki, bura Şərq ölkəsidir. Xalqı isə, çox əfsanəsevəndir. Deyəsən, müsəlmandır. Bizimkiylə yanaşı, burda dildən-dilə gəzən bir “Leyli-Məcnun”  əfsanəsi də var. Amma, inan, mənim adımın hörməti (mənim yox ha) daha çoxdur. Sadəcə, burda aristokratik geyinən, qızlara bahalı hədiyyələr etməyi bacaran oğlanlara “Romeo” deyirlər. Romeo kimi sevib-sevməməsi isə, önəmli deyil. Əsas odur, “performans” olsun. Bax, bu son sözü də yerlilərdən öyrənmişəm.

Sevgisinə görə hər şeyə qarşı gedən, pulu az olsa da, sevgilisinə öz sədaqət və təmizliyi ilə qovuşmaq istəyənlərə isə, kinayə ilə “Məcnun” deyirlər. Yəni ki, dəli. Elə, qızların çoxu da dəli kimi baxır belə aşiqlərə. “Məcnun” deyəndə, üzütüklü, arıq və lüt bir avara gəlir gözlər önünə. “Romeo” deyəndə isə, romantik kapitalist. Heç özüm də anlaya bilmirəm niyə. Gör, bu şərqlilər kimləri mənə bənzədirlər!

“Məcnun” kimi tanınan bir dostum var. Canından çox sevdiyi qız, bir gün onu bir varlı “Romeo”ya dəyişərək özünə belə deyib: “Get, anqır – tayını tap!” Dəhşətdir, Culyetta! Halbuki, mən özüm o “Məcnun”a həsəd aparıram.

Bu ölkəyə “mütləqçi” deyilsə də, nisbiliyə görə Avropanı da keçib. Məsələn, bizim bildiyimiz ağıllı və dəli anlayışları burda tamam başqa-başqa mənalar və variantlarda dərk edilir. Nəql etsəm, məktubum uzun olacaq, Culyetta! Ən yaxşısı, hər həftə hissə-hissə sənə yazıb göndərərəm ki, darıxmayasan.

O ki qaldı mənə, elə də pis deyiləm. Cəmiyyətdə hörmətim az olsa da, öz çevrəmdə sayanım çoxdur. Mənim çevrəmdə isə, cəmiyyətin qaymaqları yığışıb. Rüşvət almayan akademiklər, sədaqətli aşiqlər, təmiz işləyən prokurorlar, vicdanlı siyasətçilər… Bircə, dinli-imanlı ruhani dostum yoxdur. O da, yaxın əsrdə gözlənilmir.

Nə isə, Culyetta! Səni öpürəm və bağrıma basıram. Əgər, sən də mənim kimi hardasa peyda olmusansa, öz həyatın barədə bir-iki kəlmə yaz. Pis də olsa, yaz. Qorxma, mən burda o qədər şey görmüşəm ki, artıq, qısqanclıq da edən deyiləm. Hələlik, mənim saf məhəbbətim!

Xiffətlə,

Romeo,

N saylı Psixi Klinika, Bakı.

Advertisements

Romeonun Culyettaya məktubu” üçün 5 cavab

    • Vaxt ayırıb oxuduğun üçün təşəkkür! Bəyəndinsə, nə xoş! Artıq, oxucularımdan biri mənə Culyettanın cavabını yazıb facebooka. yaxınlarda yəqin onun da məktubunu sizə təqdim edərəm. Amma, çox uzansa, serial olacaq!:)

  1. Gozel yazdidi xuxuen bu hissesini cox beyendim tam dogru ifadedi
    Bu ölkəyə “mütləqçi” deyilsə də, nisbiliyə görə Avropanı da keçib. Məsələn, bizim bildiyimiz ağıllı və dəli anlayışları burda tamam başqa-başqa mənalar və variantlarda dərk edilir.

    Size Ugurlar!

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma