Əsas səhifə » Poeziya » Başqa variant yoxdur!

Başqa variant yoxdur!

Yeni günə başlamaq…
Ölümə daha bir addım yaxınlıqda,
Yenə həyat sevgisini yaşamaq,
Yoxsa, “sınamaq” deyim,
Yeni günün sunduğu imkanları?
“Hardasa,
xəstə canın bir hissəsində,
Zəhərli qanın bir hüceyrəsində
Ölümlə savaşan bir ümidin işığında
Yola çıxmaqmı” deyim?
“Yorulmaq”mı deyim,
qəfil yol ortasında
dayanıb da,
sağdan-soldan keçənləri,
an içində,
acizliklə süzməyə?
Yoxsa, tənha qalmışam,
Mənim qoluma girib
aparan yoxdur deyə
“sarsılmaq”mı?

Bəlkə, sadəcə…
Bəxtimin bədliyinəmi bağlayım,
Hər gün, növbəti dayanacaqda göz yumub,
Köhnə dayancaqda gözümü açmağımı?
Bəs, onda niyə gedim,
Mən nə üçün cəhd edim
Yenə də irəliyə?
Yox, yox!
Ürəyim partlar,
Heç olmasa gün keçir,
Çox mənalı olmasa da,
Çox maraqlı olmasa da…
Yenə də ömrüm keçir!
Hələ, belə yaxşıdır
– Yol kənarında oturub
gedənlərə baxmaqdan,
Hardasa, yaxınlarda,
Səni də gözləyənin olduğuna
İnanmaq yaxşıdır.
Onsuz da,
Bu həyatda,
hamı bir-birin aldadır.
Hərə bir cür aldanır.
Geriyə boylanıb da,
Özgələrə aldanmağın acısın çəkməkdənsə,
Vallah-billah,
Elə, özü-özünü aldatmaq yaxşıdır!

Nə olsun ki,
əzabla yaşamaqdan,
Bir anlığa ölmək daha yaxşıdır…
Öldürən yox,
Yaşadan yox,
Özünü yaşatmağa cəhd eləmək…
Çox yaxşı olmasa da,
Pislərə baxanda,
Yenə yaxşıdır!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma