Hərəyə bir uşaq əkək!

Və yaxud

2011-ci il “Ginekologiya ili” elan olunsun!

Artıq sonuna yaxınlaşdığımız 2010-cu  “Ekologiya ili” elan olunmuşdu, bilirsiniz. Düzdür, yaz aylarında ekoloji fəlakətlər bu ili əməlli-başlı görkəmə mindirdi… Amma, il olmağına il oldu. Həm də maraqlı. Ekoloji saxtakarlıqla keçirilən seçkilər də, bu ilin imicinə bər-bəzək qatdı. Onu da qeyd edim ki, bir ara unudulmaqda olan „Hərəyə bir ağac əkək” şüarı yenidən dəbə düşdü bu il. Və hər yerdə, dəxli oldu-olmadı, bu şüar gözə girdi.

Təkəm-seyrək meşələrin soyqıqımsonrası mənzərəsi də dəyişilməmiş qaldı. Eləcə, aşıb-daşan zibil qutuları da ötənilki iylənmə durumunda qaldı („bura zibil atanın..” yazıları fonunda) və yenə də, Bakının mərkəzi küçələrində zibil vedrəsi tapmaq səhrada su quyusu tapmağa döndü. Amma, yenə də bir ekoloji ab-hava hpkm sürdü. Hər şey sakit, hər şey təmiz… Və hamı da razı! Siz bu hakimiyyətdən başqa nə gözləyirdiniz ki?!

Bu ilin son aylarında baş verən ictimai hadisələr, yeniliklər və cəmiyyətdə yaranan əhval-ruhiyyə əsasında isə, tam əminliklə deyə bilərəm ki, növbəti ili sözün əsl mənasında „Ginekologiya ili” adlandırmaq olar. Və bu ilin şüarı da, məhz bu cür olmalıdır: „Hərəyə bir uşaq əkək!” Zarafat eləmirəm. Artıq, şüarların sosial sifarişlər əsasında yaranması zamanıdır. Sosial sifariş isə budur. Evlənmək, toy eləmək, qız bəyənmək, oğlan tutmaq… Və sairə və ilaxır… Elgizin cümə axşamları.

Dördbucaq ekranlardan yumru başlara bir epidamiya kimi yayılan bu evlənmə ab-havası, bizim evimizə belə gəlib çıxıb. İndi, təsəvvürünüzə gətirin, mən hər evə girəndə və hər öz otağımdan böyük zala girəndə… Lənət şeytana! „Bax, filankəsi evləndirirlər!”, „Bəhmənkəsə yaraşıqlı oğlan gəlmişdi, bəyəmədi” … Sonra da,”Zarafat deyil ey, hər şey edirlər evlənənlər üçün!”, „Heyif, sən işləmirsən… Yoxsa, göndərərdim səni ora qız bəyənməyə” (bu arada, ürəyimdə „ölmüşdü, Xankişi!”deyirəm).

Əminəm ki, mənim eşitdiyim bu sözləri çox gənc eşidir evdə. Və dözür. Hay-həşirin də yeri yoxdur. Çünki, yaş artdıqca, adam özü də göynəyir ki, mən niyə subay qalmışam və ömrümü yarı yolda qırılan macəralarla yola verirəm! Şkafın üstü isə, dəvətnaməylə dolub.

Bir cümləni yenə də təkrarlayaq: „Evlənmək üçün hər şey verirlər”  Oppa! Ziyalı ailəsinə belə yol tapmış bu psixoloji vurusun əsas nüvəsi məlum oldu. Axı, ziyalı ailəsi də kasıbdır. Yəni, bu, Azərbaycan cəmiyyəti üçün qanunauyğunluqdur. Ziyalısansa, kasıb olmalısan. Və ziyayü-elminin bütün imkanlarını ona sərf etməlisən ki, 1 aylıq məvacibin 10 günə tükənməməsi üçün nəsə yeni bir üsul icad edəsən. İndi, xalqımızın sosial problemlər içərisində boğulan, ev tapanda iş tapmayan, iş tapanda evə pul tapmayan.. hər iksini tapanda isə, uzun illər problemlərin-borcların ağuşunda çarpışmalı olan insanları nə etsin?

Aydın oldumu məsələ? Xalqı o qədər ac-yalavac günə salırlar ki, onda bir myuzikl əhval-ruhiyyəsi yaranır. Harda bir ucuz və planxətri şey var üz tuturlar ora.  Necə deyərlər, aclıq olsun, kef olsun! Maraqlıdır ki, bizim xalq aclıqda belə kef etməyi bacarır. Deməli, dünyanın ən unikal xalqıyıq. Odur ki, BİZƏ  ZAVAL YOXDUR!

İnsanların əyləncəli və yengəli verilişlərə maraq etməsi və axışması isə, təbii ki, ictimai şüurun yönləndirilməsi və hətta, deyərdim ki, DONBALDILMASIDIR! Çox vulqar səslənsə də, belədir. Şəxsən, mən o verilişlərə gedənlərlə 20 manata görə seçkilərə gedənlər arasında bir fərq görmürəm.

Uğurlar, mənim həmvətənlərim! Ümidvaram, doğub-törədikləriniz manıs yox, şoumen yox… əlindəki qələmi də, silahı da, lap elə mikrofonu da od püskürən əsgər və əsgər anaları olacaqlar. İnşəAllah! Müqəddəs kitabda deyildiyi kimi, mən insanların şərrindən Allaha sığınıram. Burada isə, xeyir işindən. Çünki, daha toya salmağa pulum qalmayıb.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma