Etnik separatçılar barədə

Və yaxud

“Hayestan”ın dalınca da “Ləzgistan”?!

Ötən həftələrdə, bloqumda “Ləzginin yengəliyi” adlı bir lətifə yerləşdirdmişdim. Lətifənin qəhrəmanı ləzgi bir qarı idi. Və  bu obrazı da, hansısa bir etnik ədavətə görə canlandırmamışdım. Sadəcə, ləhcə işlədilmişdi ki, onun yerində hər hansı bir regionun ləhcəsi də ola bilərdi, o zaman da regionçuluq amili qabardılmış olardı. Bəlkə də, yazının adı etnik baxəmdan qıcıq oldu, amma, bu mətndə heç bir şovinist baxış  görmürəm. Lakin, Şıxı Bayramlı adlı bir kommunist bloqçu dəfələrlə şərh yazaraq, məni “ləzgi xalqına təhqir”də ittiham etdi. Təbii ki, əsassız olaraq. Bir ləzginin dilindən (ləhcəsini) yazmaq, bir qazaxlı və ya bakılının ləhcəsi qədər doğmadır.

Əvvəla, onun və onun kimi düşünənlərin nəzərinə çatdırıram ki, Azərbaycan da bir neçə etnik vahid bir topluda, yəni xalq şəklində yaşayır. Deməli, ortada biz Azərbaycan xalqı var. Bu xalqı xalqlara ayırmaq isə, elə bölücülüyün birinci nümunəsidir.

O ki qaldı ləzgilərə… Mənim bu və ya digər millətin nümayəndələrinə qarşı heç vaxt qərəzim olmayıb. Çünki, mənim bir prinsipim var: “Qarşılıqlı hörmət”. Belə ki, gəlmə ermənilərdən fərqli olaraq, əsrlərlə bir bölgədə yaşamışıq, pis-yaxşı qonşuluğumuz olub. İndən belə isə, hansısa provokasiyaya gedərək, onsuz da rahatlıq tapmayan başlarımızı yenidən ağrımaya salmasaq yaxşıdır. Və heç olmasa, Cənubi qafqazın şərq hissəsində sülhə zəmanət olsun. Amma… Kimə deyirsən?!

Azərbaycanın müstəqillik qazandığı ilk gündən bəri, onu daxili qarşıdurmalarla sarsıtmaq istəyən xarici kəşfiyat orqanları öz işlərini görürlər. Və insanların dini və milli qürur hissləri təkəbbür mərhələsinə keçirərək, öz məqsədləri naminə istifadə edirlər. Xüsusən, nəzərə alsaq ki, bir çox talış və ləzgi şovinistlərinin fəalları, hamiləri Azərbaycandan kənarda (ən çox Rusiya ərazisində) yaşayır, eləcə də qurum və mətbu orqanları (əsasən, vebsaytlar) xaricdən idarə olunur, burda hansısa könüllü inisiativ sadəcə gülünc görünə bilər.

“Shahdag.Ru” adlı bir forum var ki, Rusiyadan idarə olunur. “Admin”ləri isə, qatı şovinistlər və separatçılardır.  Azərbaycan xalqının, dövlətinin və bütün Türk xalqlarının ünvanlarına nalayiq ifadələr işlədilir, uydurma “fakt”larla Dünya elmində də təsdiq olunmuş tarixi bilgilər inkar edilir… Bu iddialara qarşı çıxan forum istifadəçilərinin isə, şərhləri silinir və özləri təhqir olunaraq forumdan uzaqlaşdırılırlar.

Hətta, bir neçə dəfə “Bacarırsınız, ermənilərə cavab verin!”, “Yaxşı edirlər ermənilər, onlara kömək etmək ləzgilərin borcudur” kimi ifadələrə rast gəlmişəm. Maraqlıdır ki, belə cümlələrin sonunda, “Allahu Əkbər!” yazmağı da unutmurlar. Bu ona sübutdur ki, ləzgi şovinistləri hətta, din maskası altında da gizlənirlər. Azəraycan türkləri müsəlman olsa da, milli nifrət xristian ermənilərə simpatiya yaradır.

Bizim sadəlövh dinçilərimiz isə, elə hey “İslam qardaşlığı” və “ümmətçilik”dən danışır. Qulaqların dibindən isə, xəbərləri yoxdur. BİR MƏQAMA DA DİQQƏT YETİRİN! “Ermənilərlə dostluq” ideyası yalnız ləzgi millətçiləri tərəfindən ortaya atılmır. Eləcə də, Bakının göbəyində fəaliyyət göstərən kürd mədəniyyət qurumlarının üzvlərini soruşdursanız, hamısından eynən fikir eşidərsiniz. Dəliqanlı gəncləri yoldan çıxarıb potensial bomba kimi əllərində saxlayırlar. İlkin tələbləri isə, FEDERASİYA QURMAQDIR. Bu, hələ ilkin tələbdir ha! Görün, davamı nə olacaq.

Bu yazını yazmamışdan bir saat əvvəl, “facebook”dakı dostlarımın siyahısına baxarkən, “Zehra Zade” adlı bir profillə rastlaşdım. Divarından isə, “Lezgistan” səhifəsinə keçdim. Bu səhifədə ilk girişim idi. Çox əsəbləşsəm də, səbrlə səhifəni nəzərdən keçirdim. Sırf Anti-Azərbaycan ə təxribatçı ruhlu bir səhifədir. 10 mindən çox üzü var. Ən fəal üzvləri isə, ya qızlardır, ya da ləzgiçiliklə yanaşı islamçılığı təbliğ edən oğlanlardır. Və bu insanların da ayrı-ayrı səhifəsinə baxdım. Onların ən çox paylaşdığı məlumatlar (sayt keçidləri) isə, Azərbaycanın daxili ilə bağlıdır. Xüsusən də, bir neçə baxışdan sonra bir şeyə də əmin oldum ki, “Wikileaks” məlumatlarını Azərbaycan dilinə çevirib bloqlarında yerləşdirənlərin çoxu elə etnik separatçılardır. Və yaxud da, rus kəşfiyyatı. Məsələn, bu ünvan ləzgilərin “raskrutka”sındadır və “facebook”da da ən çox linklərini paylaşanlar “ləzgistan”çılardır: www.sizma.blogspot.com

“Lezgistan” səhifəsində, heç bir elmi-nəzəri əsası olmayan fikirlər və rəqəmlər qeyd olunub. Guya, Azərbaycanın Quba, Şəki, İsmayıllı, Qəbələ, Qax, Balakən, xülasə, bütün şimal-şərq rayonlarımız ”Ləzgistan” adlı bir ərazinin ayrılmaz hissəsi imiş və qədim Türk dövləti olan Albaniya da, məhz Ləzgi dövləti imiş. Onu da qeyd edim ki, “ləzgistançı”lar bir çox forumlarda da məhz Alban knyazlarının adlarından “nickname” kimi istifadə edir. İndi isə, səhifənin “informasiya”sını bura qeyd edirəm. Tarixdən az-çox məlumatı olanlar anlayar ki, nə qədər təhrifə yol verilib. Son olaraq, hər kəsi düzgünlüyə çağırıram. Bu bölgədəki yerli xalqların ən düzgün yolu parçalanmaq yox, bütövləşməkdir. Çağırışımı Türklük deyil, Qafqaz naminə etdim. Salamat!

Bu da sizə “Ləzgistan”:

—- ЛЕЗГИСТАН—-

ЛЕЗГИСТАН – это Географическая область на Кавказе, населённая лезгинами, а также название Дагестана у восточных авторов.

Включает в себя территорию в России, находящуюся в южном Дагестане (Ахтынский, Хивский, Докузпаринский, Курахский, Дербентский, Рутульский, Магарамкентский и Сулейман-Стальский районы) и северном Азербайджане (Кубинский, Кусарский, Исмаилинский, Шекинский), на территории исторической области Ширван и Дербент. Является областью расселения части народов лезгинской языковой группы нахско-дагестанской языковой семьи.

История

— Лезгистан — персидское название Царства Лакз (провинция Кавказской Албании далее самостоятельное княжество), населенного народами лезгинской группы преимущественно предками современных лезгин.

Аль-Лакз (араб. البلد الليزجين) — горная область севернее Ширвана заселенная племенами, которые мусульманскими источниками называются лакзами (лезгинами). защищала Ширван от захватчиков с севера

Лезги́ны (Самоназвание: лезги, мн. ч. лезгияр) — один из крупнейших коренных народов восточного Кавказа. Проживают в Российской Федерации (800 тыс., преимущественно в Дагестане), Азербайджане (от 500 тыс. до 700 тыс.), Турции (4.5 тыс.), Киргизии (7,5 тыс.), Казахстане (10 тыс.). Общая численность Лезгин около 1,5 млн. человек. Говорят на лезгинском языке, который вместе с родственными ему табасаранским, агульским, рутульским, цахурским, будухским, крызским, арчинским, хиналугским и удинским относятся к лезгинской ветви нахско-дагестанской семьи кавказских языков. По вероисповеданию современные лезгины — мусульмане суннитского толка.Лезгиноязычные народности испокон веков известны под названием “леги”(леки), от которого в последствии и произошел современный этноним “лезги”. Бесконечные войны с римлянами, византийцами, персами, хазарами и другими завоевателями обусловили известность лезгиноязычных племен, населяющих Кавказскую Албанию.


Advertisements

Etnik separatçılar barədə” üçün 11 cavab

  1. Vetendash, sen hech olmazsa elme hormet ele eger ozuve hormet goymursansa – tarixden, Qavqaz Albaniyasindan ve sair danishanda hech olmazsa dunya sohretli alimlerinin fikirlerini-kitablarini oxu! Lenin baba demishken, oxumaq, oxumaq ve yenede oxumaq.
    Gunumuze bir bax – kim geldi blog achib yazir, ozude yersiz yazilari. Allah agil versin.

    • siz oxuyub yazirsiz? Qafqaz albaniyasi imenno turk dovleti olub iddiasi yazmadim, amma, siz lezlgi dovleti olub yazirsiz. dunya shohretli hansi alim deyib ki albaniya lezgilerin olub? niye qashinmayan yerden qan cxiarirsiniz? hormetsilik etmeyin! men edeb ve mehribanliqla QAFQAZ NAMINE cagirish etdim. kor olmayan anlayar!

  2. Men ozumde lezgiyem amma bunlarla hec bir elaqem yoxdur.Lezgilerede sozum odur ki derin fikirlessinler.Bunlar hamisi Rusiyanin ermenilerin texribatidir.olkemizi paracalamq isteyirler.lezgistan dovleti olsa bele rusiya onu ozune birlesdirecek.Biz rusiyanin uzunu sovet vaxti gorduk.20 yanvarida xocalini da unutmamisiq.ruslardan bize dost olmaz onlar xain alcaq serefsiz milletdir.Bizim bir olkemiz var oda Azerbaycandir. veten saq olsun

  3. BAX QARDASH AZERBAYCAN VETENIMIZDI SENINLE RAZIYAM AMMA HEC BIR KESIN HAQQI YOXDURKI HANSISA XALQIN LEHCESINI LAG ELESIN.NIYE GUNDE SENGERDE ESSGER QIRILIR NIYE SIZ NIYE QIRMIRSIZ EMINAMANLIQ ISTEYIRSIZ AMMA SAPI BIZDEN OLANLAR LEZGILERI LAGA QOYMAGI UNUTMUR

  4. O vaxti Teymur Leng(Tamerlan) Lezgistan dovleti yaratmaq isteyib.Mehz bizim Ismayilli,Zaqatala ve s.bolgelerini birlewdirib vahid bir Lezgistan dovleti.Azerbayanda milletler coxdur.bu movzuya bir azda siyasi ceheten baxmaq lazimdir.men Lezgiyem ve lezgi olmagimlada fexr edirem.beledeki Musavat-da lezgiler haqqinda yazilan yazilari unutmayin.o ki qaldi rus ermeni texribatina azerbaycanda ermeni yoxdur.ermeninin biri bizim qonsumuzdur.cox uzaga getmeyek Ramil seferovu niye xilas ede bilmediler cunki onun vurdugu o ermeni bizim … heyat yoldawinin bacisi ogludu.lezgilerle tatlarla ummiyyetle cigitlerle hec bir texribat ola bilmez.zehmet olmasa gedin tarix kitablarini bir daha yaxwi oxuyun!

  5. Biz lezgiler musulmaniq.sadece suni, siye sohbeti var ortada.xiristianlarda pravaslavlar,katolikler oldugu kimi,bizdede sunu ve wiyelerdir.ve mence sunu ve wiyeliyin muselmanciliga hec bir aidiyyati yoxdur.

  6. Mende Lezgiyem ve Lezgi olmağımla fexr edirem.Türkiyede Tehsil alıram ve Azerbaycanımızı tanıdıram.Qafqaz Albaniasına qaldıda ise Qafqaz Albaniası 26 dilde danışan tayfalardan ibaret idi ve Udinler Qafqaz Albaniasının en qedim milletidi dili ise Lezgi dil qrupuna aiddir.Lezgiler ilede heç kes lağ ede bilmez.Birde 3-cü esrin evvellerinde Leq Çarlığı olub,Ha cı Davud 1728 ci ilde Lezgistan dövleti yaradıb.Vikipediada araşdıra bilersiz.Bizler separatçı değilik Azerbaycan bütün azerbaycanlılara mexsusdur.Men fexr ediremki Azerbaycanlıyam.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma