Əsas səhifə » Poeziya » Xam xəyallar

Xam xəyallar

Nə dartıb çıxarardım ordan səni..
Vəhşətin içində qovrulmayaydın.
Oddan çıxan gözyaşardan his kimi,
Yerində kül qoyub sovrulmayaydın!

Nə dartıb çıxarardım ordan səni…
Nalayiqin tutduğu yer xaraba!
Nə sən qazanaydın günah-lənəti,
Nə də mən qatlanardım min əzaba!

Nə dartıb çıxarardım ordan səni..
Yük olmazdın bir dəyirman daşı tək!
Əgər, bilsəydim ən dəqiq yerini,
Ya beyin qarmaqlanardı, ya ürək!

Yox, heç nə etmərəm qəti özümə,
Belə sən də silinərdin ömürdən.
Həyatda varlığın durub gözümə,
Mənlə yaşayıb, özgəylə ölürsən.

Nə dartıb çıxarardım ordan səni…
Bax, elə bu an, yatdığınız zaman.
Yox, günahdır dağıtmaq yad ailəni..
Siz günahlarda batdığınız zaman.

O necə çıxartdı məni, bilmirəm…
Sən necə çıxartdın məni, bilmirəm…
Biz necə çıxartdıq onu, bilmirəm…
Verdiyimiz sözü yaddan deyirəm.

Nə mən söz verdiyim qətli bacardım,
Nə də sən söz verdiyin yaşatmağı…
İndi, dartıb çıxardan biri lazım,
Ürəklərdə gömülən insanlığı!

Advertisements

Xam xəyallar” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma