Əsas səhifə » Esselər(içsəslər) » Gəncliyə müraciət

Gəncliyə müraciət

(2008-ci ildə, “Milli Fikir” GH adından yazdığım yazı)

Ey Azərbaycan gənci! Səndən əvvəl gələn nəsil bacardığı qədər savaşdı. Vətənin azadlığı və bütövlüyü, millətin birliyi və səadəti uğrunda keşməkeşli bir mübarizə yolu keçdi. Yaxşı ya pis, düz ya səhv, öz gücünü göstərdi bu gərgin mübarzədə. Qazandığı uğurları qoruyub saxlamaq, uğursuzluqları isə uğura çevirmək üçün sənə miras olaraq bir Milli Qayə əmanət etdi.

Sən də, bu əmanətə türkə və müsəlmana yaraşan şəkildə sədaqət göstərməli, üzərinə düşən bu çətin, ancaq, çox-çox şərəfli missiyanı var gücünlə davam etdirməlisən! Ən azı, özündən sonra gələn nəslə daha çox uğurdan ibarət bir miras həvalə etmək üçün! Unutma, sən bu mübarizəni elə aparmalısan ki, səndən öncə gələn nəsil alnını, səndən sonra gələnlərsə əlini öpsün! Övladlarının yanında gözü kölgəli getməyəsən dünyadan!

Zaman-zaman bu millətin mübariz oğulları Milli Qayəmizin düşmənləri tərəfindən təqib və təzyiqlərə məruz qaldı. Kimisi edam edildi, kimisi həbsdə və ya sürgündə tələf oldu, kimi isə mühacirətdə vətən həsrəti ilə nakam köçdü həyatdan. Ancaq, mübarizlər öldükcə millətin mübarizəsi daha da qətiyyətli oldu. O dahiləri yetişdirən millət tarix boyu yeni dahiləri də yetişdirməyi bacardı. Onlar Milli Qayə ilə yaşadılar- onu yaşatmaq üçün! Milli Qayə ilə öldülər- sonrakı nəsillərə örnək olub onu yaşatdırmaq üçün! Növbə sənə çatanadək bu beləcə davam etdi. Artıq səni yetişdirdi bu millət! İndi sənə çatdı bu mübarizəni sürdürmək vəzifəsi! Sən parçalanmış vətəni Bütöv Azərbaycana çevirməlisən, məğlub halda içinə qapanmış bədbin və qələbəyə ac milləti qələbəylə sevindirməlisən!

Bu müqəddəs savaşda şəhid olmaqdan qorxma! Bil ki, şəhidlər ölmür, onların ruhu yeni doğulan vətən övladlarının cismində yenidən mübarizə meydanına atılır. Bunu bil! Öz vücudundaki şəhid ruhunu hiss et! Onu eşit və dinlə! Mübarizə meydanında yalnız irəli get sən! Ancaq, onu da düşün ki, geridə sənin ailən və övladların qələbə müjdəsi ilə dönəcəyin anı gözləyir. Əgər geri dönəcəyin anı xəcalətlə yaşamq istəmirsənsə, yaxınlarını o xoş xəbərlə sevindirmək üçün son damla qanına, son nəfəsinə qədər vuruşmalısan!Bu mübarizədə ya qalib gəlməli, ya da köləliyi qəbul edib, öz kökünə dönük çıxdığını etiraf etməlisən! Amma, bil ki, azad ölmək, əsarətdə yaşamaqdan üstündür!

Qalx ayağa! Sənin millətinin heysiyyətinə, vətəninin bütövlüyünə, dövlətinin müstəqlliyinə təcavüz edənlərə qətiyyətlə öz yerlərini göstər! Vətənə, millətə və dövlətə olan sevgini yalnız fikrində və nitqində deyil, həm də əməlində sübut et! Artıq iş görmək vaxtıdır! Sənin qismətinə elə bir dövr düşüb ki, xırda laqeydlik üzündən millətin uçuruma gedə, gələcəksiz qala bilər! Tanrının çəkdiyi sınaqdan üzüağ çıxmağa çalış! Və şansı əldən vermə-yeni bir şanlı tarix yaza bilərsən! Hələ də meydanda olan, çarpışmaqdan yorulmayan bir millətin tarixini!

yazi linki http://milli-fikir.ucoz.org/publ/2-1-0-14

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma