İnsan kimi yaşamaq

İnsanları bir-birindən,
Elə, “insanlıq” deyilən
– Kimi üçün zəhrimar,
Kimi üçün ömründə dadmadığı
bir şərbətdən ayıran
heç də varlılar deyil…
İnsanların içindəki,
Asan yolla varlanmaq,
Kiməsə bənzəyərək
Onun kimi varlı olmaq arzusudur əslində.
Bu da bir insanlıqdır
– İnsanlığı insanlığa qarşı qoyan reallıq.

Alçaldıcı,
ən rəzalət gətirici düşüncə
“Pul ilə nəyisə əldə edim,
Haranısa fəth edim,
Kimlərisə ayağıma gətirə bilim” deyil,
“Pul qazanmaq üçün harasa getmək,
Nəyəsə tüpürüb nəyisə etmək,
Kiminsə alçaq niyyətinə görə,
kimlərisə alçaldıb
Kimlərinsə nəyinə,
ən yaxşı halda isə,
kiminə isə dönmək” mövzusudur əslində.

Ya pul nədir?
İnsanın yaratdığı,
Onu yaşatmaq adıyla
Məhvə doğru aparan..
Vasitə ya möcüzə?
Olmazdı…
Onsuz heç nə olmazdı.
Olsaydı da,
Indi gözlər önündə olanların
heç birisi olmazdı!
Müharibə..
Məhəbbət..
Müdafiə..
Məşəqqət…
Hər şeydən bir az – bir az…

Qalmazdı
– insan olduğu kimi…
O zaman nəyə lazım idi sınaq…
Heç Tanrı da insanı yaratmazdı!
İndi, insan yaradır,
Insan insan yaradır…
Tanrının yaratdığını kim qırır?
İnsanlar yaşamaqçün,
İnsanlar ölməlidir.
Bu da, qızıl qaydadır
– nəcis qoxusu verən!
Amma, baxın!
Görün,
nə qədər insanın burnunun ucu göynər…
Elə, bu qayda ilə,
Nə qədər insanların həyatını
Cəhənnəmə çevirər…

Bəlkə, insan insan kimi yaşamır?
Amma, yox…
Hər şey getməli olduğu kimi öz gedişində…
Hərə öz vərdişində..
Və hərə öz işində!
Ortalıqda, sadəcə bir yozum var:
İnsanları insan kimi yaşamaqdan ayıran,
İnsan kimi yaşamaq iddiasıdır elə!
İddia insanındır.
Öz iddiasına qul olmaq isə,
İnsanlığın ayrılmaz nişanıdır.
Kimində az görünür,
Kimisində göz deşir!
Nə isə…
İnsanlığınız mübarək olsun!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma