Bilmədiklərim haqda bildiklərim

Yuxu daha həyatdan fərqli gəlmir,
Bu günüm də dünəndən fərli getmir.
Həyat arzusu və ölüm qorxusu…
Ölməkdənmi ləngidir,
Əbəddiyətmi alır?
Bilinmir!

Qoca dünya,
cavan sakin…
Etiraz!
Hər üsyanda
min acı və ehtiras!
Tələb bəlli:
Bir əməlli,
Əndazəli,
Daha içdən ehtizaz…
Dəyişən nə?
Qovurmaya ədava qataq bir az!

Arzu mənim,
Adı sənin,
eşq kimin?
İlk eşqimdən bu günədək heç kimin!
Sadəcə, bir ehtiyacdır ürəkdə…
Təbəssümmü üzümdə,
Yoxsa, nəmi çeşmimin?!

Hissləri hey qamçıladım,
Nə xeyri?
Yüyənin ələ keçirə bilmirəm.
Mənmi dadammadım eşq badəsini,
Yoxsa, heç kimə içirə bilmirəm?!

Ələ gələn qazancın sevinci var,
Çox sevinmə, getməli ödənci var…
Borcla yaşamağın yaman gücü var
– Həm güc alırsan,
Həm gücə düşürsən.
Heç olmasa,
Ölümdən bir gün öncə,
Borcdan azad olmağın inancı var.

Arxayın olmasan da,
Rahatlıq tampasan da..
Nə olsun ki, bezirsən…
Sən hələ ki dözürsən!
Mən hələ ki dözürəm!
Biz hələ ki dözürük…
Kiminsə xətrinə,
Nəyinsə naminə…
Zəhlətökən ömrümüzü sürürük
-Əzrayıl gec gələydi,
Heç olmasa, bircə gün!
Geciksə, nə olacaq?
Bizdən sonra qalanların həyatı,
Yəni, bizimkindən yaxşı olacaq?
Yaxşı olsa belə,
Çox mənalımı?!

Suallar…
Beyin yoran,
Eyin qıran əzablar…
Heç olmasa,
Bunlardan bircəsinin,
əmin ola biləcəyin cavabı varmı,
bilməm!
Cavab olsa, yararı varmı,
bilməm!
Sadəcə,
bilmədiklərim var mənim.
Düşünürəm,
bilə-bilə..
Sürünürəm,
il-ilə…
Qaçmamaq da dərd deyil,
Qaçmaq da nicat deyil…
Düzgün yerimək də müşkül olub..
Səbəbini bilmirəm!
Sadəcə, bildiyim var:
Yerdə qalıb burulmaq
– Bu da bir həyat deyil!
“Niyə?” deyə soruşma,
İnsanın və həyatın
müəllifi mən deyiləm.
Bu şeiri də,
düşünərək yazmadım,
Açması mənlik deyil!
Yox, cavabdan qaçmıram.
Gəl, oturub üz-üzə,
Hey baxalım göz-gözə…
Mən insanı sevirəm,
Murdar olsa da belə..
“Niyə?” deyə soruşma,
Hisləri mən doğmadım,
Hislərlə doğulmuşam,
Toxumu bellik deyil.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma