İmran Kərimli yazır…

Xalq üçün «tiryək» neçəyədir?

SSRİ dönəmində çəkilməsinə baxmayaraq İsmayıl Şıxlının əsəri və ssenarisi əsasında ekranlaşdırılmış «Dəli Kür» kinofilminə baxan orada özü üçün elə indi də çox şey kəşf edə bilər. Məsələn, filmdəki epizodların birində Rusiyadan gələn ziyalı oxumuş, yerli adam olan Rus Əhmədin yanına gələrək onunla birlikdə Qori Seminariyasına tələbə yığmaq üçün baş axundun mollaxanasına gedir. O savadsız yerli kənd uşaqlarının Gürcüstanda Qori Seminariyasında pulsuz oxuması üçün verilən Nikolayın yazılı göstərişini də Molla Sadıqa təqdim edir.

Baxmayaraq ki, həmin rusun – Çernayevskinin özü çar-üsul idarəsinə qarşı olur, bu göstəriş onun əsl niyyətinə – maarifləndirilməyə xidmət etdiyindən o, bu qərarın icra olunmasına çalışır. Çarın göstərişinə baxan Molla Sadıq aydındır ki, din naminə yox, öz mənafeyi naminə uşaqların təhsil almasına istəmir. Çünki, dinə ancaq gəlir gözü ilə baxan «geydirmə» axunda insanların, islamın mahiyyətinin əksinə olaraq cəhalətdə qalması sərf edir. Ona görə də o gələn qonaqların elə mollaxanadaca öldürülməsinə işarə verir. Ancaq bəzi nöqsanlarını çıxmaq şərtilə əsl kişilik təcəssümü olan Cahandar ağanın müdaxilsindən sonra gələnlərin başları salamat qalır… Burada diqqətə çatdırmaq istədiyim ən incə və vacib məqam isə mollanın əmri oxuyandan sonra «İmperatorun əmri Allahın əmridir» deməsidir. Bu epizod necə də bizim dini liderlərin, rəsmilərin yaratdığı dini mühiti xatırladır. Eynilə bizim «geydirmə» rəsmi din xadimlərimiz də Allahın qanunlarını yox, dövlət adamlarının qərarlarını əsas götürürlər.

Demokratik qəzetlər, yoxsa illüziya

Əgər hal-hazırda çap olunan bir çox qəzetələrin (iqtidaryönlü qəzetlər qarışıq), o cümlədən çoxtirajlı müxalifət qəzetlərinin maskalanmasına, qərəzliliyinə və cəmiyyətə faydasızlığına inanmırsızsa, onların 5-10 il əvvəlki nömrələrinə nəzər yetirin. Mümkün olsa onlardan bir neçəsinin bir-iki məqaləsini, xəbərini araşdırma məqsədilə oxuyun. Belə etsəz və siz sağlam mühakimə yürüdə bilirsinizsə, sizə əyani şəkildə aydın olacaq ki, o müxalifət qəzetlərində getmiş onminlərlə informasiya həqiqətə uyğun gəlməyib, verilmiş minlərlə siyasi proqnozlar isə düz çıxmayıb. Bundan başqa, neçə illər ərzində ölkə əhalisi 5-10 il ərzində 1 milyon artıb 9 milyonu keçsə də , çox maraqlıdır ki, müxalifət qəzetlərinin tirajı nəinki artıb, əksinə azalıb. Analoji geriləmə (istifadəçilər baxımından) həmin qəzetlərin internet versiyalarında da baş verib. Əgər bu gün bizim çoxtirajlı müxalifət qəzetləri azaddüşüncəli, vicdanlı yazarları bəyənmədiklərindən onları öz «sarı» səhifələrində çap etmirlərsə, buna qətiyyən təəccüblənmək lazım deyil. Əksinə, həmin psevdomüxalifət qəzetələrin radaktorları tərəfindən bəyənilən yazarların şəxsiyyətləri böyük şübhə oyadır.

http://tia.az/index.php?name=News&op=Article&sid=4838

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma