“Modelistan” modeli

Çox qəribə bir ab-hava yaranıb ölkəmizdə. İndiyədək, provokasiyaları ilə yadda qalan dinçilər özləri provokasiya ilə üzləşib. Onların demokratik hüquqlarını savunmaqla yanaşı, fundamentalist baxışlarını da qəbul etməyən bəzi mütərəqqi gənclər də, neytral (“ortaq məxrəc” axtarışında) mövqe tutmalarına baxmayaraq, atmacalardan kənarda qalmır. Məsələn, haqsızlığa etirazın və fədailəri anmağın yalnız Aşura günü zəncir döyməkdə olmadığını “facebook”da qeyd edərkən, belə bir rəylə təltif olundum: “Avropanın havasındandır, ora gedənlərim hamısı korlanıb gəlir”

Bu gülünc ittihama emosional və aqressiv cavab verməyəcəm. Sadəcə, bitərəf  və ömründə Biləcəridən o tərəfə keçməyən sadəlövh bir oxucu kimi, bu rəydən yaranan ilk təsəvvürü qeyd edəcəm: “Avropada nə yaxşı oğlan var, nə də yaxşı oğlanın bacısı.” Bəli, orda insan var. Burda da var o insanlardan – kiminsə kimi formasında.

Hətta, bir az da obyektivlik etməyə çalışsaq, “kiminsə nəyi” yazmalıyıq. Bu, bizim ictimai rəyin Azərbaycan modelidir. Bu arada, yazımın “lapdanbaş”ından əsəbləşən bəzi oxucuların nəzərinə çatdırıram ki, müəllif mühafizəkardır. Amma, mühafizəkarlığın Azərbaycan modelinin “özfəaliyyətlər” seriyasından.

Modeli qoyaq bir qırağa, bir az da “topmodel” söhbəti edək. “Elitar”müğənnilərdən yox, camiyyətin lap içərilərindən və ən aşağı yaş təbəqələrindən. Şübhəsiz ki, plüralizmi inkişaf üçün əsas stimul görən müəllif, hicab kimi hansısa geyim tərzində qadağanı təqdir eləmir. Amma,  bəzən elə məqamlarla üzləşirik ki, adamın plüralizmə də tüpürməyi gəlir. Və istəyir ki, “monqol dublyonkasını monqol turistinə verib yola salsın”. Çünki, bizimkilər hələ də anlaya bilmir ki, bu “monqol dublyonkası”nı necə, niyə və harda “geymək” olar.

Yazımın tam ortasında, nostaljiyə qapıldım. Parlament seçkiləri öncəsi, vaxtımın ən çox hissəsini (əsasən, oktyabr ayı) Yeni Günəşlidə keçirirdim. Dağ döşündəki qəsəbədə hava küləkli olsa da, ilıq sayılardı. Elə, bu cür bir mülayim günlərin birində, xəbər çatdı ki, səhər tezdən bəzi “manəlum” kəslər (məhkəməyə düşməmək naminə,“jek” adı çəkməyəcəm) seçki lövhələrinə bir-bir baş çəkib şəkilləri cırırlar. Mən də seçki qərargahındakı (Vüqar Bəyturanın) yoldaşlarla  çıxdım “ablava”ya.

Elə, 282 nömrəli məktəbin qarşısındaca, çox lirik-semantik-romantik mənzərə ilə qarşılaşdım: Məktəbdən danışa-danışa çıxan, əyinlərindəki ətəyin uzunluğu (öz dilini yaxşı bilməyənlər “yubka” oxusun) bir mənim əlim boyda olan bir dəstə 13-14 yaşlı qız, bizə çatarkən (mənim baxışlarımı hiss edərkən) birdən durdular. Sanki, ayılmış kimi söhbətlərini xırp kəsdilər,  “xor şəklində” əllərini yanlarına aparıb o bənzərsiz geyim əşyalarını iki dəfə uzatdılar. Necə deyərlər, MODELYERLİYİN AZƏRBAYCAN MODELİ.

Hər halda, açıq-saçıq baldırları ilə, “hisə verilmiş cücə modeli”ni xatırladan şagirdlər  subay oğlanın baxışlarından yox, məktəbdən çıxma faktından ayılmışdılar. Axı, ataları, qardaşları və ya qonşuları bu görkəmdə onları görər, sonra… “Yaxşı oğlanın bacısı” kimi baxmazlar onlara. Amma, məktəbdə.. Kim nə deyər dünyəvi və demokratik təhsilə?!

Həmin tipdə mənzərə ilə, yəqin ki, çoxunuz qarşılaşmısınız. “Xor şəklində” olmasa belə. Əlbəttə ki, yanımdakı yoldaşa olduğu kimi, mənim üçün də gülməli göründü bu hadisə. Amma, ilk öncə, özümü saxlaya bilməyib, gözlərim ilişən baldırların sahibini bir anlıq xəyalımda tam çılpaq təsvir etdim. Utandım. Amma, bu, ÇİRGİNMƏKdən sonra oldu. Lap axırda isə, qorxdum. Ona görə ki, bu gülünc mənzərə və çirgin təsəvvürlər yalnız mənə rast gələ bilməz. Təsəvvürlər də, zamanla tələbata çevrilməyə bilməz. Bir sözlə, qorxduğum prosesin model adı belədir: “PEDOFİLİZASİYA”

Bu proses isə, təbii ki, Azərbaycanda çoxdan gedir. Niyə ki, azyaşlı uşaqların cinsi istismara cəlb olunması ilə bağlı gündən-günə yenilənən mətbuat xəbərləri var. Və niyə ki, AzNet-də ən çox axtarılan və yüklənən video-foto materiallar da, məhz azyaşlı uşaqların pronoqrafiyasıdır. Bu da sizə, ədəbiyyat və mətbuatda tabuya çevrilən, bloq yazılarında xatırladılması ədəbsizlik sayılan MENTALİTETİN AZƏRBAYCAN MODELİ!

Qorxu ilə, ayıb ilə formalaşan və “çölübəzək-içifilan” qaydası ilə “inkişaf edən”ictimai rəyin Azərbaycan modeli barədə danışmayacam. Onu da soruşmayacam ki, məktəb qapısında hicab senzurası tətbiq edən direktor və tədris hissə müdirlərinin (bu vəzifənin model adı “zavuç”dur) bu qısa ətəklər barədə indiyədək hansı tədbiri olub və bundan sonra nə olacaq… Sadəcə, o “ətəkuzatma” mərasimi vaxtı beynimdə yaranan bir duanı sizə ərz edim: “Kaş ki, tezliklə bu geyim məsələsinə bir əncam çəkiləydi.” Duam göylərə çatdı. Təhsil Nazirliyinə transfer də olundu. Amma, nə təəssüf ki, TRANSFERİN AZƏRBAYCAN MODELİYLƏ!

Di salamat qalın. Və yaxud, sağollaşmağın Azərbaycan modeliylə “Davay!”

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma