Əsas səhifə » Esselər(içsəslər) » E-ədəbi didişmə

E-ədəbi didişmə

 

(e-sse)

Onsuz da, bu il ərzində sözü-söhbəti səngimək bilməyən Milli Kitab Mükafatı gözləri-qulaqları bezdirmişdi. Qalmaqallar sabun köpüyü kimi ədəbiyyat portallarını işğal etmiş, ədəbi mütaliə bir kənarda qalmışdı.  Oxucular hekayə və şeirlərdən çox, atmaca-tutmaca marağında idi. Bu da, Azərbaycan cəmiyyətinin “inkişaf-qalmaqal” mütənasibliyi və oxucu adətkarlığı.

 

Hərənin bir məqsədi var idi. Kiminin pis, kiminin yaxşı olduğunu deyə bilmərəm, amma, onu rahatca demək olar ki, danışıb yazışanlardan heç biri digərinin tənqidini-iradını eşitmək və nəzərə almaq marağında deyil. Sadəcə, biri digərini pərt etmək üçün çalışırdı sanki. Tənqidçilər müsabiqə bitdikdən sonra hərəkətə gəldi, təşkilatçılar isə, əks tərəfə sanki “kompromat” və paxıllıq ittihamı yağdırmağa başladılar. Birinci layihədə də beləydi, ikinci layihənin əvvəlində də, eyni münasibət var. İnsafən deyim ki, təşkilatçılar tərəfindən.

Və bir absurd məqam da orasındadır ki, özünün təcrübəsi ilə ad-san qazanmış Rəşad Məcid, heç dəxli olmadan “A” romanını  (“kontur-kultura”janrında ən yaxşılardan olan Çak Palanik yaradıcılığının uğursuz parodiyasını) Paulo Koelyonun “Portabelli Caudgər”inə bənzətdi. Bu barədə, çox tənqid yazıldı, mənim də yenə nəsə yazmağım artıq görünər, amma, diqqətimi alan bir müsahibədən (yenilik.az-da Elxan Qaraxanın müsahibəsini oxudum) bir çıxarışı sizin də diqqətinizə çatdırıram:

 

“Onlar tənqid eləyir – onlara yaxşıdı

Mən tənqidləri oxumuram- mənə də yaxşıdı

Camaatın başı qarışır – camaata da yaxşıdı.

Kitab reklam olunur- kitaba da yaxşıdı

Hansısa qəzetlərin, saytların reytinqi artır- onlara da yaxşıdı.

Əgər hamıya yaxşıdısa niyə tənqid olmasın ki?”

 

İlk baxışdan məzəli və ziyansız görünən cümlələrdən ikincisinin altından xətt çəkilməlidir. O, tənqid oxumur. İndiyədək, görünməmiş hadisə! Yazırıq, paylaşırıq, tənqidləri vecə almırıq. Belə bir narsisti kim oxumaq istəyər? Mən istəmərəm, arzusunda olan varsa, buyursun!

 

İndi isə, keçək başqa bir məsələyə. Artıq, bir ildən çoxdur ki, “Qanun” Nəşriyyatı “Ən yeni ədəbiyyat” layihəsi üstündə müxtəlif yazarların kitablarını nəşr etdirir. Kitab oxucusunun, “e-məkan”dakından qat-qat aşağı olmasına baxmayaraq, pis-yaxşı nəsə dirçəliş etmək istəyir kitab bazarında. Təbii ki, bazar qaydalarına və maraqlarına uyğun olaraq. Lakin… Bir çox başqa nəşrlərdə gördüyüm kimi, bu seriyada da külli-miqdarda dil qüsurları və orfoqrafik səhvlərlə qarşılaşdım.

 

Əsərlərin redaktəsi ilə yanaşı, keyfiyyətli korrektəsinin də vacib olmasını nəzərdən qaçıran çox hörmətli naşır Şahbaz Xuduoğlu, sanki, tələsir kitabları oxucuya çatdırmağa. Kitablar isə, yalnız, çap olunduqdan sonra müzəkirə edilir və tənqidlər yağır. Oxucu isə, yenə də savadsız bir yazı dili ilə “maarifləndirilir”. O da unudulur ki, bu günkü oxucu gələcək yazıçıdır.

 

Təkcə “Qanun” yox, bədii ədəbiyyat nəşri ilə məşğul olan şirkətlərin hamısı indiki gündəmdə məşhur olan simaları dərc etməyə çalışır və kitab bazarında da, qəzetlərin köşələrndə olduğu kimi, bir şablonlaşma gedir. Nəşriyyatlar media qurumları ilə əməkdaşlığa girərək, yeni imzaların tanıdılmasında iştirak etmir, kitablarından çıxarışları internetə yerkləşdirmir… ümumiyyətlə, müəlliflərin özləri məşğul olur “piar-kampaniya” ilə. Təki, onların əsərləri oxunsun.

 

Bu gün, portalların və bloqların sürətlə oxunduğu bir zamanda, həm internet yazarlarının, həm də internet oxucularının imkanlarından səmərəli istifadə etmək olardı. Belə bir əlaqəli “reaksiya” baş verir , amma, təbii şəkildə. Yəni, çox zəif. Ortaya çıxan ədəbiyyat portalları isə, nəsə çətinlik çəkirlər bu ədəbi ikişaf prosesində. Ədibləri ədiblər oxuyur. “E-kitab”ların hazırlığı yox və qeyri-mühüm dərəcədədir… Və hələ də, bir çox publisist və hekayə yazarları internet oxucusu üçün rahat ola biləcək şəkildə yazmağa gecikirlər. Forma uzunluğu hökm sürür.

 

“Ən yeni ədəbiyyat”adı altında bir portal da açılıb: “enyeniedebiyat.com” – diqqət etdinizsə, bir “y” hərfi ilə. Rəhbəri Rasim Qaraca (Azərbaycanın Yaradıcı Ziyalıları ictimai birliyi adından), donoru isə, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi şurası. Sayt özlüyündə yeni bir mahiyyət daşımır. Adyazar.az-ın bütün arxivi sayta köçürülüb. Portal görkəmi də yoxdur, domain adının yanlışlığındam bu yana, saytın ad başlığı da “plaqiat” əhval-ruhiyyə bağışlayır. Çünki, ədəbiyyat həvəskarlarının “Qanun”a aid layihə kimi tanıdığı ifadə və yaxud brend (“ən yeni ədəbiyyat”) bu saytda göz oxşayır.

 

Bir tərəf deyir ki, brend mənimdir, mən tanıtmışam, digər tərəf isə, ideyanın əsl müəllifi iddiasında çıxış edir. İdeya vermək yaxşıdır, amma, bir ildən sonra, yaxşı ideyanın dostluğa və işgüzarlığa kölgə gətirəcək minnətini etmək də mi yaxşıdır? “Ən müasir ədəbiyyat”, və ya başqa bir ad qoymaq olmazdımı?

 

Rasim Qaracanı çox anlamağa çalışsam da, bu bir türlü baş tutmadı. Şahbaz Xuduoğlunun layihəsi də məni oxucu kimi qane etmir, kitablar zəyifdir (Şəxsən oxuduğum  “Yad dildə” və zövqünə inandığım dostların oxuduğu “Amneziya” istisnadır). Amma, yenə də, olanımız budur. Buna da min şükür. Gərək, “Qanun” ayrıca bir sayt da açaydı bu layihəyə və xəsislik etmədən, kitabların hər birindən vaxtaşırı müəyyən hissələr yerləşdirəydi həmin səhifəyə. Yeməyənin payını yeyərlər.

 

Neytral yanaşıram, heç kimin təırəfini tutumuram. Amma, bu məsələdə, uzun müddət sonra (1 il və 8 kitab), durub ad düşünmə zəhmətini yada salmaq və bunu əsas gətirmək… Toydan sonra çalına nağaranın səsini xatırladır.  Hər iki şəxsə də hörmətlə bildirirəm: Onsuz da, sizin qazancınızdan mənə heç nə düşmür. İkiniz də, fakt, qazancdasınız, olmazdımı, birlikdə bu ideyanı ikitərəfli genişləndirər və beləcə də, “kitabdan küsmüş” internet oxucularını kitab almağa həvəsləndirərdiniz?” Amma, deyəsən, olmazdı. Çünki, hərənin öz bazarı var. Bütün dostluqlar da, çayxanada möhkəmləşib, bazarlarda dağılır.

 

Yazım uzun alındı. “E-oxucu”lar qüsura baxmasın.

 

 

 

Advertisements

E-ədəbi didişmə” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma