Mən şair deyiləm ki!

Sən şairin eşqi oldun,

Həm dərdi, həm acısı.

Həm qəlbində sirri oldun,

Həm könül hayqırtısı.

Sən ona həm tənən ilə,

Həm işvə, həm qəmzən ilə,

Hərdən-bir nəvaziş ilə,

Bəşər bərabəri oldun.

Sən şairə pəri oldun.

Sən onun nəzmində deyim,

Yoxsa ki, nəsrində deyim?

Bəlkə, ruhdan həzin axan

Hər kəlməsindəsən deyim?

Sən bir kəsin cismindəsən,

Ya bölünən qüvvəsən?

Əslində, sən hər şairə

min adda  bir nəğməsən.

İndi onlar ağlayırlar,

İndi onlar sızlayırlar…

Qovuşa bilmədikləri,

Sevişə bilmədikləri

Səni şeirlə yad edib,

Xam xəyalla yaşayırlar…

Bilməm, varmı sənə fayda,

Şairlərin bəlası bu!

Hətta, yanlış olsa belə,

Şairliyin qaydası bu!

Mən şair deyiləm ki!

Sənə inanmıram ki!

İndi, çıxsın cızdağı,

Gərək ki, sevməyəydi.

Göyə ucalsın ahı,

İlğıma getməyəydi.

Sözlə guruldayaydı,

Gözlərdə ucalaydı,

Sözlə əriməyəydi..

Və özgə yaddaşlarda

Nalə çəkən biri tək,

Şair həkk olmayaydı.

Gərək, şair başlarda

Şair həkk olmayaydı.

Ona “gözəl şair” deməzdən əvvəl,

“Gözəl insan” deyiləydi…

Könül verdiyi bir gözəl,

Öz kişisi biləydi…

Mən heç anlayammıram,

Axı, niyə alçalan

bir nökər hey sevməli

ərkəsöyün bir şahı?!

Axı, niyə iniltini,

sadəcə, şeir kimi,

şair dilə gətirir?

Niyə üsyan eləmir?

Niyə sadə dil ilə

demir ki, əzilmişəm?!

Kimsə varmaz fərqinə,

Şairlərin xətası bu!

Bilməm, sənə məna nə,

Şairliyin həyası bu!

Mən şair deyiləm ki!

Səndən utanmıram ki!

Mənim üçün,

Sən yoxsan,

Məndən üz çevirdiyin gündən

Ögey mövzusan!

Varsansa da,

Yalansan,

Yalan olmasan belə,

Yalanlara məramsan!

Sən mənimçün o yansan,

Uzaq, iraq olansan…

Sevginlə yazmıram ki,

Mən şair deyiləm ki!

Sənə susamıram mən…

Amma, “sən” deməkdən də,

Bezib usanmıram ki!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma