Əsas səhifə » Poeziya » Unutmaq

Unutmaq

Unutmaq da vardı səni,
unutmaq da!
Könül dələn,
Kömür gələn gecələrdə…
Unutmaq da vardı səni,
unutmaq da!
Hey sənin fikrin ilə
cızma-qara edərkən,
sənin hardasa göylərdə,
ilahi zirvələrdə olduğunu deyil də,
elə yerdə,
elə yerdən də yerdə
olduğunu unutmaq da vardı,
unutmaq da!
həqiqət sevdasına düşkün olub,
Yoluxucu yalandan uzaq qalmaq da vardı!
Qucağından uzaq olmaqdan özgə…
Həm də özünə özgə olmaq vardı.
Unudulmaq da vardı,
unudulmaq da!

Unutmaq” üçün 3 cavab

Leman üçün bir cavab yazın Cavabı ləğv et