Əsas səhifə » Esselər(içsəslər) » Gənc beyin vurnuxanda

Gənc beyin vurnuxanda

(Re-Esse)

Ötən yazılarımın birində, antik ədəbiyyatdan bəhs etmişdim. Və indiki (ən son 7-ci əsrdə nazil olan Quran və ondan sonra belə) dini ədəbiyyatda təkrarçılıq elementlərinin olduğunu qeyd etmişdim. Əlbəttə ki, var. Amma, qədim yunan əsatirlərində və digər şərq əfasənələrindəki çoxtanrıçılıq elementlərinin vahid qüvvədə birləşməsi və bəzi fərqlər şəklində.

Bunu dinçilərin təkzib etməsi və ya ateistlərin dinə qarşı silah kimi işlətməsi də mənə məntiqsiz görünür. Hətta, o da məni qıcıqlandırır ki, həmin “hər yerdə təkrarçılıq” yazım mənim dinlərə qarşı olduğum təəssüratını bağışladı  bir çoxuna. Qətiyyən belə niyyətim yox idi. Mən panteist baxışlara söykənən, məzhəbçilik-təriqəçilik fikirlərini rədd edən bir müsəlmanam.

“Kəmsavad və sütunu möhkəm olmayan” da deyim insafən. Gəncliyin axtarış və formalaşma dövrünü nəzərə alaraq, bunu öz halıma görə də normal hesab edirəm. Ola bilər ki,  5 il sonra tamam başqa cür düşünüm. Amma, ola bilər ki, indi yazdığım sabah mənə qarşı istifadə olunsun… Nə olsun?! Yazmayımmı?

Yox, yazacam. Bacardığım qədər fikirlərimi və hisslərimi ifadə edəcəm. Fərqli-fərqli zamanlarda, fərqli-fərqli düşündüyümü ifadə etməyə haqqım var. Qeyd edim ki, mən bloq yazmaqla, həm də “gündəlik” yazıram. Gündəlik, həftəlik yaranan fikirlərimi – daha doğrusu, an içində beynimdə yaranan “qığılcım”ları. Bəli, gənc beyin vurnuxur. Onu tam ciddiyə almaq da, almamaq da nadanlıq olar. Sadəcə, onu nə demək istədyini düşünmək və fikirlərinin istiqamətlənməsinə yardım etmək gərək.

Ötən yazımda da, mən bəzi (məndən qat-qat savadlı) teoloq və kulturoloqların diqqətini antik ədəbiyyata ona görə yönəltməyə çalışdım ki, bəlkə, nəsə araşdırma aparmaq və əfsanələri “kosmik” oxu tərzində nəzərdən keçirmək arzuları yaranar.

Qudsal kitabların antik əfsanələrlə oxşarlığı heç də təsadüfi deyil. Necə ki, əfsanələr təsadüfi yaranmır. İstənilən halda, mən kosmik keçmişi istisna etmirəm. Necə ki, alimlər sirli (qədim) sivilizasiyanın mövcudluğunu istisna etmir. Tarix çox şübhəlidir, elə gələcək də.

Amma, Həzrət Əli demişkən,99% Tanrı yoxluğuna yüzdə bir ehtimalla olsa belə, Tanrıya inanmağa və ibadət etməyə dəyər. ÇÜnki, pis iş görmürsən. Yanılsan da, ölərəkən heç nə dəyişməz.

Bu arada, bilməyənlərə İslam Xəlifəsinin əhvalatını qısaca nəql edim:

Bir yəhudi (bəzi rəvayətlərdə kafir) Həzrət Əliyə yaxınlaşıb soruşur:

–         Sən deyirsən ki, Allah var?

–         Bəli, mən deyirəm ki, Allah var və təkdir.

–         Amma, mən deyirəm ki, Allah yoxdur və sizin ibadətiniz də boşunadır.

İslam cəngavəri səbrlə həmin yəhudini (kafiri) süzür və cavab verir:

–         Sən öz aləmində haqlısan, mən də öz aləmimdə. Amma, gəl fərz edək ki, yüz ehtimaldan 99-u sən deyən kimidir, mən boşuna inanır və ibadət edirəm. Öləcəm və ölən zaman da məlum olacaq ki, o yoxdur. Heç nə dəyişməz. Əksinə, mən ibadət etmək və nəfsimi qorumaq yolu ilə, təmkinli və imanlı həyat sürürəm. Zərərim də özümədir. Özüm də belə fayda hiss edirəm. Amma, yüzdə bir ehtimal da var ki, Allah var və o dünyada mən mükafatımı alacam. Bax, mən o yüz ehtimaldan birinin ardınca gedirəm. Bunun nəyi pisdir ki?

Həzrət Əlinin həmsöhbəti heç nə demir, susur və gedir. Nəql olunana görə isə, çox keçmədən, o da müsəlman olur.

Daha heç nə yazmıram. Tanrının varlığına inanıram. Hətta, yaradan qüvvənin mən dərk edən kimi olmadığına da. Tezliklə də ibadətə dönmək fikrindəyəm. Düşünürəm ki, haqq yola istiqamət alıram. Amma yenə də vurğulayıram. Dini siyasiləşdirmək, ümumiləşdirərək icbari hala salmağın əleyhinəyəm. Lap, deyəlim, hələ ki!

Həmrəylik gününüz və yeni rəsmi-miladi iliniz də qutlu olsun, əziz həmvətənlərim!

Rüfət Əhmədzadə,

30 dekabr, 2010-cu il

Advertisements

Gənc beyin vurnuxanda” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma