Əsas səhifə » Poeziya » Melanxoliya

Melanxoliya

Yox oldu gecənin xoş gicəlməsi,
Yox oldu yuxunun yaxınlığı da!
Əl əsir, vurammır könül ilməsi…
Yox oldu mənamın ağırlığı da!

Yox olub şüar da gur harayımla,
Üzgün duyğulardan özüm də bezgin.
Hər yeni bir dönəm arzularımla,
Hər günün sonunda düşürəm əzgin.

Yox oldu bir zaman bol olan qayğı
Yəni, mənə qarşı – sevdiklərimdən.
Hər gün ürəyimdə doğulan qayğı,
İnsanlıq oğurlar bəbəklərimdən.

Yox oldu oxucum birdən – sevdiyim.
Doğan son ümidi boğdu beşikdə.
Hamı tək sevgini yaşamaq cəhdim
Yazmağa məhkummuş dərdə keşikdə!

Görəsən, bunları niyə yazıram?
Bir yol axtarıram, ya ağlaşmadır?
Bəlkə də, sadəcə, sözdə azıram…
Sözdə varlığımla halallaşmadır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma