Əsas səhifə » Poeziya » Olan azadlıqların hesabına

Olan azadlıqların hesabına

(Azər Qaraçənlinin “Azadlıq nitqləri”nə cavab-nəzirə)

Sən ağlama,
Sən sızlama…
Heç üsyan da keçməsin ürəyindən.
Hər şey yaxşıdır söylə,
“Bundan da pis ola bilərdi” deyə,
Şükr elə.
Naşükürlər,
Nankorlar,
Naqislər idarəsində olmağına belə!

Sən öz ürəyini təmsillərlə aç,
Başın ağrıyar artıq,
Tənqidlərdən uzaq qaç!
Səni tənqid edənlərə isə sən
Təhqirlər bəxş elə ki,
Onlar da sənin kimi
şükrançılıq öyrənə!

Siyasi etirazı
Həsrətli şeirlərdə gətir dilə.
İqtisadi böhranı
Sevginin satılmasıyla izah et!
Vətən naləsini canlandırmaq dilərkən,
Əcnəbi biznesmenə,
Xaricdəki həyata
düşkün bakirə könülləri təsvir et…
tikan çıxart torpağın sinəsindən!

Sən sadəcə təsvir et,
Və öyün təsəllinlə
– Nəyisə yazmaq ilə,
Başqa bir şeyi deyə bildin deyə…
Kimsə nəsə düşündü,
Pikassonun rəsmi tək,
Sənin sevgi şeirində
Milli bəla göründü.

Və öyrəşdir öz azadlıq sevgini
cəmiyyətin sərhəddləri içində yaşamağa…
Özün də öyrənərsən yaşamağı
Yad olan azadlığından uzaqda..
Olan azadlıqların hesabına!

Çox güman ki,
Bir gün özündən soruşacaqsan:
“Mənə nə verdilərsə borclarıdır,
Bəs, mənim almalı olub,
Almağa qadir olub
İmtina etdiklərim nədə ibarət oldu?”

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma