Bəhri-təvil

Ağlat məni, Tanrı!
Sızlağımca ağlat!
Ağlatdığın adi insan,
İnsanlığı anlat!
Sən səhvimi anlat!
Ruha təni danlat!
Qaytar məni xoş anlarıma,
Yerdə qanadlat!
Bir azca inad qat,
Bir az peşimanlıq…
Bir təziyəsidir bəşərin
Bu pərişanlıq!
Lap, ölmək istərəm…
Lap, gülmək istərəm…
Hər nə istəsəm də yenə,
Sən alma vecinə…
Mən bilmək istərəm,
Nəyi lap gerçək istərəm!

Var gücüncə ağlat!
Mən gülüncə ağlat!
Şən yaşatmaq istərkən
Əllərimlə boğduğum
Bir sevincə ağlat!
Ah çəkincə dağlat!

Ağlat ki, qayəsiyçün ölənlər boşa getdi!
Ağlat ki, ayaqda sürünənlər başa getdi!
Ağlat, anlayar bəlkə dərdimi dərdverənlər!
Ağlat, anlayar həsrətimi vədverənlər!
Amma xahişim var:
Bir murazla ağlat,
Etirazla ağlat
və dilənçilikdən uzaq
ehtirasla ağlat!
Hiss edilsin qiyam,
Bəlli olsun məram,
– mən zaval üçün deyil,
Anlaq üçün ağlaram!

Yandır məni, Tanrı!
Cızdağımca yandır!
Yandır da, hər istək hər qəlbi isitməz, andır!
Yandır,
nə zamandır yazıram, qəlb odu sönsün…
Lakin oxuyan istimi boğmasın da bölsün!
Qandır ki, amalım ölməzdi,
Amma çin olmaz…
Mən gələndə böyləydi bəşər,
Dəyişkən olmaz!
Yandır məni, yandır!
Yandır xəyalımca!
Bəlkə, tərgizim süni təsəlli məalımca!
Çökməyim balınca,
Könlüm alışınca,
İnsanlar içində hayqırım səsim çıxınca!

Yandır məni, Tanrı,
Lap çölümdə yandır!
İnsanları insanın yanmasına inandır!
İçdən yanan insan artıq adi bir fərz olub,
Sən vur, məni yandır
və başqa fərzi oyandır!

Sevdir məni, Tanrı!
Yazdığımca sevdir.
Sevdir və nurundan xarabə ömrümə endir.
Sən nifrəti yendir,
Bir ruhumu dindir.
Gör, o neçə ildir, dözərək müntəzirindir.
Diz çökümmmü yoxsa,
Yalvarımmı yoxsa,
Üsyanım qəzəbləndirəcək,
Səbəb də çoxsa…

Sən sadəcə sevdir
Mənim içimdəki eşqi.
Qoy, sevən məni deyil
Sevməyi sevə sidqi.
Hər kim verib itki,
Hər kim olub itki…
Vüsalla görk olum aləmə,
Hakim ola sevgi!

Gör, nə halə qaldım,
Nə xəyalə daldım…
İnsanlar içində tənha
Və avarə qaldım.
Hey yaratdıqlarını sənin sevdiyincə mən,
min yol da yanıldım.
Sən böylə istədin,
Mən böylə inandım.
Amma, nə olar sevdiyimə
Çatdır anlamın! 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma