Əsas səhifə » Poeziya » Sadə, həm də sehrli

Sadə, həm də sehrli

(repsayaq)

Sən bilirsən,
İliyimədək acı ilə dolmuşam.
Sən görürsən,
Səadətə bir addımda durmuşam.
Üzülürsən bəlkə də,
Qəzəblisən bəlkə də!
Bəlkə, belə olmaz idim,
Yanılsaydım bir kərə…
Amma, bəlkə, bu da bəhanə,
Mən özümdən qorxuram.
Yıxılsam da, ağlamadım…
Düzəlməyə qorxuram?
Bəlkə, böyüdürəm hər şeyi,
Hələ çox şey görmədim.
Bəlkə də, duyduğum kimi,
Bəd bir ömür sürmədim.
Amma, hər nə olur-olsun,
Bilirəm ki, yenə də,
İstədiyi kimi xoşbəxt ola bilməz kimsə də..
Biz hamımız bu həyata
Yanılmağa gəlmişik.
Çıraq adıyla ürəkləri yandırmağa gəlmişik.
Dünyaya biz nə qədər ac gözlərlə baxdıq…
Əldə olan azlıq edib,
olmazı istəmişdik.
Həyatın da yazılmamış bir qanunu var, gülüm,
Biz həyatı onun kəsirləriylə dərk etmişik.
Məni bağışla,
Sus, danışma…
Toparlanım bir azca.
Lap bir azca,
Səyahət edim il yarım arxaya.
Yox, onu heç düşünmürəm,
Qoy, özümü anım mən.
O vaxt necə,
İndi necə,
öz fərqimə varım mən!
Bəlkə, sən istəyən oldu,
Mən yenə o mən oldum.
Geriyə alım o hissləri
– Sadə, həm də sehrli….

Advertisements

Sadə, həm də sehrli” üçün 2 cavab

  1. Qaranın paxıllığın çəkmə !! ola bilər sən ondan güclü yazıçısan ama bəzən zəif olduğunu göstərirsən…Həm Repsayaq sözü yoxdu ! RAP var…
    R-ytm A-nd P-oem sennen rap yazan olsa mennen deputat olar

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma