Mənim azad qadınım

Şəkildəki bu qadın azaddır. Və azadlıq nəşəsi ilə gülür. Bəs, siz… Bu qadına baxanda onun haqqında nə düşünürsünüz, görəsən? Əslinə qalsa, sizin nə düşündüyünüz heç də önəmli deyil. Heç o qadının da. Önəmli olan bilirsiniz nədir? Model qadınları istismar edən fotoqraf və əlaqəli şirkət rəhbərlərinin düşündüyü. Onlar isə çox şey düşünür, bu qadına baxaraq. Amma, bütün düşüncələr bir nöqtədən doğulur və bir radiusda dövr edir.

O nöqtənin də, radiusun da adı bazardır. Bazarın isə predmeti qadın. Yəni, bu şəkildəki qadın. Onun arxasında isə mən varam. Gülümsəyərək qadın vasitəsilə özünə diqqət çəkən, öz məhsulunu “gözə soxan” kişi.

Şəklin effekti təbəssümdür. Mənim və qadının üzündəki. Amma… Xahiş edirəm, bu qadını bir anlığa da olsa, uzun paltarda təsvir edin. Onun belə cəsarətlə gülüşü necə səmimi olar? Məncə heç gülüş də olmaz. Əlbəttə ki, qadınlar soyunanda sevinir. Amma onları soyunduranlar qədər yox.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma