Qaçqın deyil, köçkünəm!

Hə.. Bax, belə! Yeni bloqum da hazır oldu. Sadəcə, texniki baxımdan. Guya. Yəni, bloq hazırdır, amma “hazırdır” deməyə dilim gəlmir…  Qısaca, “ahmadzada.tk” öz fəaliyyətini dondurur, öz yerini-missiyasını  şərəflə icra etmək şərti ilə “ahmadzada.com”a verir. İndən belə, məni orda tapmaq olar. Lakin vaxt məhdudluğu və şəxsi texniki bilgilərimin kəm olduğundan, bir balaca ləngiyirəm.

Əgər nəzərə alsaq ki, 6-7 ay əvvəl bloqçuluq barədə heç nə bilmirdim və bir neçə ay içində AzNetin ən oxunaqlı bloqlarından birinin sahibinə çevrildim… Deməli, növbəti layihəmdə də eyni reputasiya sərgiləyə bilərəm. Eynisini yox, artığını göstərmək niyyətindəyəm. Nə edim ki, tərcüməçilik yazıçılığın qəsdçisinə çevrilib… Eybi yox, inşAllah, hər şey əla olar. İndi isə, sizinlə müvəqqəti olaraq sağollaşıram və istirahətə çıxıram. Bir azcıq da…

… Bir şeyi də oxucumun diqqətinə çatdırım: “Ben bana kendim için lazımım!”

Oxucumun da xətrinə dəydi deyəsən. Amma mən “Sago”dan götürdüyüm bu məsəli məhz oxucum üçün yazdım.  Özünəgüvən və özünüinkişaf prinsiplərini unutmasın deyə. Axı, indiyədək mən öz oxucumdan bunu tələb etmişəm…

… Yeni bloqumun domeyn adı və “hostinq”i də mənə İlqar Mirzədən hədiyyə oldu. O İlqar Mirzə ki, mənim kimi yüzlərlə həvəskar bloqçunun peşəkar bloqçu olması uğrunda gecəni gündüzə qatır, şəhəri-şəhərə, rayonu-rayona dəyişir. Həqiqətən də, gənclərin özünüifadə qabiliyyətinin inkişaf  etməsi uğrunda böyük səy göstərir. Uca Tanrı onun saf niyyəylə etdiyi bütün işlərin əvəzini qat-qat artıqlaması  ilə qarşısına çıxarsın.

Mən isə çalışacam onun hədiyyəsindən elə istifadə edim ki, uğurumu gördükcə gündən-günə daha çox fərəh duysun. Paxıl olmadığını bildiyimə görə, əminəm ki, məhz belə də olacaq. Çünki, mən də sağ olacağım, yaşayacağım  qədər, dostlarımın etibarını itirməmək uğrunda bacarmadığıml da edəcəm. Çünki, mən bir RÜFƏTƏm! 🙂

Yeni bloqumu diqqətdə saxlayın (istəsəniz): www.ahmadzada.com

Hörmətlə: Rüfət Əhmədzadə

rufat@ahmadzada.com

Advertisements

Qaçqın deyil, köçkünəm!” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma