irGƏNCLİK

(esse)

Buz bağlamış yolda sürüşə-sürüşə, görüşə tələsmirəm. Məni iş dartır, hardasa, bəlkə də çoxuna mənasız görünəcək bir informasiya…
Mən iş çağırır, nə vaxtsa, bəlkə də ömrümü nahaqdan sərf etdiyimi düşünəcəyim bir emosiya…
Yoxluğa, yoxsulluğa “barışıram” deməklə, yoldaşlıq eləməklə, hər gün ondan nə isə oğurlamağa çalışmağım da işdir. Qucağımda şəkil, ya da telefonda neçə ilin tarixini daşıyan mesajları oxumaqla sızlamaqdan yaxşıdır.
Heç nəyi dəyişə bilməmək – hələ heç nəyin bitdiyindən xəbər verməz. Sənin içindəki “dəyişiklik” arzuların – elə hər şeyin başlanğıcıdır.
Sən yolun ortasında olsan belə, lap bitirsən də belə, hər addımında bir xeyirə qədəm tapa bilərsən… Lap elə, deyəlim ki, buz bağlamış yolda sürüşə-sürüşə… Görüşə yox, mənəviyyatını üzən də olsa, mövcudluğun üçün vacib bir işə.
Bu gün sənin günündür, sabah da sənin olsun. Birisi gün barədə düşünmək istəyərkən…. Gərək dünənindən fərli xəbərin olsun. Bir neçə ay birinə yalan danışmış ola bilərsən, bu həqiqəti dərk etdiyin zaman, bu xəcaləti çəkdiyin zaman, illərlə bu rolda oynamaqdan xilas olmaq şansın var.
Bəli, tutaq ki, lap irgəncsən. Amma sən elə busan. Dəlisovluğunla, təslimçiliyinlə də… Mərdliyinlə də, yaltaqlığınla da… Gəncsən.
Bu həyat sənindir, bu ruh sənindir. Bu ruhun yaşayacağı, xəyallar quracağı ölkə sənindir. Vasitələrin çox olsa da belə, bir məqsədin olmalı. Sevgi ilə yaşamaq istəyərsən… Bəs, görəsən, məhz öldükdən sonra, sevgi ilə anılmaq gəlirmi ağlına?
Çox düşünmə bu haqda. Qoy, nə deyirlər, desinlər haqqında. Onlar üçün irgəncsən… Dözülməzsən, dözümsüzsən… Haldan-hala düşürsən, qızdan-qıza qaçırsan… Əvvəl axır dayanacaqsan bir gün… Hələ ki, gəncsən. Gəncliyin qutlu olsun. İrgəncliyində bu qutsallığı tap!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma