Əsas səhifə » Poeziya » Niyə yazdım bilmirəm

Niyə yazdım bilmirəm

 

Axı, yazarlığa niyə başladım?

Nəyisə qəlbimdən süzmək üçünmü?

Göz yaşım söz daşım oldu, doymadım,

Sənə oxutdurub üzmək üçünmü?

 

Axı, niyə sevdim sevgidən dəmi,

Mən ki, elə sətir bəzədim qəmdən!

Olsam da kiminsə könül həmdəmi,

Daha bir hədiyyə dərd oldu məndən.

 

Sənə yaxınlaşdım mən nə amalla?

Axı, nələrisə dəyişəcəkdim!

Oynayıb sənin də duyğularınla,

Sonra xatirəyə dönüşəcəkdim.

 

Amma mən səninçün nə xatirəyəm,

Nə də ki, şairəm, sən deyən kimi.

Sadəcə, ötəri əsən bir mehəm,

İtərəm, gedərəm, sən sevən kimi.

 

Bəli, mən qorxuram sevgindən sənin,

Əslində heç özüm bilməm səbəbin.

Sadəcə, dəyişib adiləşməyin

Qorxusu qənimi imiş hisslərimin.

 

Məhəbbət sadəcə vasitəmmidir,

Özümü yenidən vacib duymağa?

Səbəb yox, sadəcə bəhanəmmidir,

Vicdan əzabı da şeir yazmağa?

 

 

 

 

 

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma