Əsas səhifə » Esselər(içsəslər) » “Müqəddəs Valentin günü”, yoxsa “Dişi canavar” bayramı?

“Müqəddəs Valentin günü”, yoxsa “Dişi canavar” bayramı?

14 fevral günü az qala bütün dünyada “Sevgililər günü” kimi qeyd olunur. Bu günün tarixinə və mahiyyətinə çox toxunmayacam, bəs qədər yazılıb, amma toxunmamış da keçməyəcəm.

Zinakarları, seks düşkünlərini (“sevgililəri”) dini pərdə altında “evləndirən” keşişin bayramıdır. Bildirilir ki, Valentin Rimski 14 fevral 270-ci ildə imperator Klavdiy tərəfindən edam edilib. Edama getməmişdən əvvəl isə da türmə nəzarətçisinin kor qızına sevgi məktubu yazaraq ona şəfa verib. Bilmirəm, bəlkə də bu kişi haradasa düz addım atıb, amma…

Maraqlıdır ki, onun haqqında əfasənələr yalnız 494-cü ildə Papa I Gelasius tərəfindən “sevgililər günü” rəsmiləşdirildikdən sonra dolaşmağa başlayıb Avropanı. O vaxta qədər isə, bir yazılı mənbə də yox idi barəsində. Sadəcə bir mənbə də onun dini təbliğata görə edam edildiyi bildirilir. 496-cı ildə isə Valentin Romalı kanonlaşdırılıb – yəni, “Müqəddəs” olub. Amma lap əvvəl isə…

Bundan əvvəl Romada bir bayram var idi: “Luperkaliya”. Latıncadan “dişi canavar” anlamına gəlir. Romanın yaradılışında yer alan əfsanədə “dişi canavar”a (Luperk”) ehtiram var. Maraqlıdır ki, qədim türklərdə də “dişi qurd” (Asena) anlayışı var. Amma daha Romadakı biabırçılığın olduğu Türk tarixində yazılmayıb.

Nədir bu biabırçılıq? Hər il 15 fevral tarixində romalı cavanlar  keçiləri qurban gətirir, dərilərindən qayış düzəldir, sonra isə bu qayışlarla Romanın şəhər meydanında  soyunub durmuş və uşaq doğmaqla problemi olan qadınları döyürdülər. Sonra isə bu qadınlar soyunur və başlayırdı… Mərəkə! Belə inanc var idi ki, bu ənənə qadınlarda doğuş problemini qaldırır. Müasir dünyada pornoqrafiyanın “fetish” janrını xatırladan bir festival olub bir sözlə.

Bu festival o qədər romalıların canına hopmuşdu və o qədər populyar olmuşdu ki, Avropanın dörd yanından “zəvvar”lar yığışırdı 15 fevral tarixində lütlənməyə. Kilsə isə heç nə edə bilmirdi.

Və yalnız 494-cü ildə I Gelasius öz sələflərinin atdığı növbəti “uyğunlaşma” addımlarından birini saldı tarixə. Romanın kafir inanclarına uyğun olaraq, Allahı “üçə bölən” Vatikan kilsəsi soyunmağı və sevişməyi tərgidə bilməyən avropalıların damarını 14 fevral tarixini bayram etməklə tuta bildi.

Bax, belə. Tədricən “Luperkaliya” unuduldu, lakin öz mahiyyətini “Valentin”də qorudu. Nə olsun ki, lütlənmə və digər biabırlıqlar az göründü… Nə olsun ki? İndi bütünd ünyada bu gün münasibətiylə festivallar, paradlar, partilər keçirilir. İşbazlar da bundan yararlanırlar, müxtəlif kampaniyaların təşkili ilə gənclərin beynini, şüurunu işğal edirlər.

Bizə heç nə olmasın. Bircə şeydən başqa… Kefimiz olsun!

Rüfət Əhmədzadə

14 fevral, 2012

Advertisements

“Müqəddəs Valentin günü”, yoxsa “Dişi canavar” bayramı?” üçün 2 cavab

  1. Təşəkkur. Yazı maraqlı idi. Unutmaq olmaz ki, indi müasir inkişaf etmiş Avropa vaxtilə Şərqdən nümunə götürüb. Ən dəyərli inkişafdan öyrəniblər. Arzu edirəm ki, bundan sonra da maraqlı araşdırma yazılar və şeirlər yazasınız.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma