Qəlbə sancılan kitab

(mənsur şeir)

Sıxıb bir kitabı qoynuna, gəlir. Bir kitab, bir sevda, bir dərd, bir də o. Dünyanın sıxdığı qıza təsəlli… Bir kitab… Bəs bu qız? Görən kimdir o? Adi bir oxucu, ya da bir tanış… Bəlkə, bu kitabın pərisidir o?

Sıxıb bir kitabı qoynuna, gəlir. Onun sinəsində yanır bu kitab. Bəlkə, ölənlərin xatirəsi tək, yenidən qız üçün canlanır kitab? Hardasa bir yazar eşqini boğub, gömüb bu kitaba anılar kimi.. Və bir də bu qız var. Qəbir daşını sinəsinə sıxan zəvvarlar kimi.

Görən nə oxuyur, nə duyur bu qız… Bəlkə, var-gəl edir hey hərflərdə… Sadəcə, xəyali səyyahlar kimi, gəzir öz ruhunun sahillərində?

Saçları üzünə dağılıb, amma… Gözləri, bənizi bəlli uzaqdan. Ehtiyac, iztirab və bir də sükut. Onun qəlbinəmi dolub kitabdan?

Sıxılır bu kitab, hayqırır kitab.. Nə olar, qurtarın onun əlindən. Kömək edə bilməz heç bir insana… Bu qız nə umur ki, məcnun dilindən?

Onu atan kəsmi insafa gələr? Onu anlamayan dərdinə yanar? Bəlkə, bu kitabı sıxmaqla bu qız… Elə öz qəlbini cəzalandırar?

Sıxıb bir kitabı qoynuna gəlir. Onu tanımıram, bu kitab tanış. Onun üzündəki məsum sükutun mənə yazdırdığı bu əzab tanış.

Sıxıb bir kitabı qoynuna gəlir. Kitab arxasında sıxılır şəklim. Mənim təbəssümüm, onun ağrısı… O məni tanımır. Və tərs-tərs süzür…. Qıza ağır gəlib maraq-diqqətim.

Sıxıb kitabımı qoynuna, gedir… Müəllifsə donub, qalıb yerində. Bir vicdan əzabı, bir nigaranlıq… Mən kitab sancmışam bir qız qəlbinə.

Rüfət Əhmədzadə

18.01.2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma