Sən qarşımdasan

Bilirəm, sənin də gözlərin dolub orda,
“Məni daha axtarma” deyə yazdığın anda.
Hiss edirəm, sən də söyürsən, qarğıyırsan
Mənim qəlbimi qıran barmaqlarını…
Və ağlayırsan mənim kimi
Başına yorğan çəkib
Barışmadığımız hər mənhus gecə..
Taleyimizlə deyirəm, bir-birimizlə yox.

Amma məndən irəlisən bir şeydə…
Diqqət eləmişəm,
Hələm-hələm…
“Mənəm-mənəm” desən də,
ata bilmirsən dəstəyi yerə…
Məni yerə sərsən də dəfələrlə,
Keçə bilmirsən məndən…
Gözlərindən düşsəm də…
Heç özüm də bilmədən,
Sənə də bildirmədən
Asılıb bir Tanrı cəzası kimi
Sallanıram sənin ürəyindən.

Bilirəm, sən də mənim kimi düşünürsən:
Hər şeydən əvvəl hörmət lazım idi…
Bir az da güvən,
Bir az da səbir…
Heç birinin gəlişini qarşılaya bilmədik…
Ayrılıq qorxusu…
Elə uzaqdan vurdu
Sənsizliyin, mənsizliyin qoxusu..
Qaçırtdı sevginin gətirəcəyi ən gözəl şeyləri…

Amma ən qorxulu nədir bilirsən?
Sən ordan danışırsan,
Mən burdan…
Biz yan-yana durub baxmadıq qorxuya…

Aramızda nəsə var…
Daha yaza bilmirəm.
Soyuqdur,
Sənsiz yaman soyuqdur
mənə evimizdə soba yanı…
Sən yoxsan yanımda,
Qarşımdasan..
Bax, ona görə!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma