Pıçıltı

Sənə demişdim axı… Demişdim! Demişdim ki, həyatda heç də hər şey göründüyü tək deyil. Sənə özünü bağışlamağın satmaq, qibtə ilə diz çökməyin qürurunu ayaqlar altına atmaq, ilahi duyğularla sevdiyin birisiylə yastığa baş qoymağın Allahdan üz döndərib şeytan qucağında yatmaq olmadığını… Axı, dəfələrlə izah etmişdim. Yəqin ki, lazımınca deyə bilməmişdim. Ya da, çox qəliz danışırmışam mən.

Sənə demişdim axı…Demişdim! Demişdim ki, həyatda sevgi üzdə bölündüyü tək deyil. O, həmişə qarşılıqsız olur. Hətta, qarşılıqlı gəlsə belə… Hətta, iki nəfər də bir-birinə, dönə-dönə hey “mən səni sevirəm” desə belə! Birində çox olanda, o birində hisslər azalmalıdır. Birinin duyğuları hücuma keçdiyi an, digərinin ordusu geriyə qaçmalıdır. Yox, yox… Mən demirdim ki, məhz bu cür olmalıdır. Amma nə edim ki, hey belə oldu. Bilsəydim ki, sən yenilik etməkdən qorxacaqsan… Heç nə deməzdim sənə.

Sənə demişdim axı… Demişdim! Demişdim ki, heç nədən qorxma. Demişdim ki, heç kimin qınağına aldanma. Mənə inan… Bilirsən, mən bunu niyə demişdim? İnanmışdım sənə, inanmışdım. Axı, səndən nələrə gözlədiyimi dönə-dönə demişdim… Amma sən.. Elə əsl gözlədiyimi verdin. Qorxa-qorxa “səni itirmək istəmirəm” sözlərimin cavabını…. Nə qələt eləmişdim!

Axı, demişdim sənə! Demişdim! Sevdiyimdə görmədiyim baxmadığımdan irəli gəlmirdi. Səni yüksəkdə görməyim axmaqlığımdan deyil, sənə verdiyim dəyərimdən idi… Demişdim axı, sənə.. Sən mənə heç nə demə, göstər sevgini – narazı fısıltıdan uzaq nəfəsin ilə.

Demişdim axı sənə… Bildiyimi demişdim. Heç də hər şey biz istəyən kimi olmur həyatda. Heç də hər dediyimiz dinlənilmir… Hətta, ən yaxın ətrafımızda da. Demişdim ki, ürəklər xalsız olmaz. Eh! Gör ey, sənə mən nə çox şey demişdim… Özümə deyən biri lazım idi – sənə dediklərimi.

Demişdim axı.. Demişdim. Gün gələcək, səni düşündürəcək gücdə deyə bilmədiyim bütün sözlərim yazdıqlarım olacaq. Onda, sən də hər şeyi xatırlayacaqsan. Və hərflərə pıçıldayacaqsan: “Mənə demişdin axı… Demişdin!”

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma