Sən və mən

Sən tumarda,
mən qumarda,
Yenə də harda
gəldi, orda
Yıxılım gecəni…
sabaha var da…
Həyada, arda…
Mənim izim yox,
Mənim gözüm yox,
Belə üzüm yox…
Bir də rastlaşarıq
Biz harda?!

Sən yaxınım,
Sən yaxanım,
Həm əvvəlim,
Həm axırım…
Ortalıqda
qaldı nəysə…
Mən kül olum
əgər bu eşq isə!

Bir az utancdır,
Bir az uzaqdır…
Bir az da sancır,
Ya da sazaqdır..
Kəsir doğrayır…
İliyimi mənim…
Lap qırmancdır,
Bu dilim mənim…
Yox bu eşq yox,
Sadəcə qürur.
Daha zövqü yox…
Ümidimi qırır…
İndi getdim,
Qapını bağla..
Və qucaqla
Öz hikkəni…
İftixarla!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma