Palana plan

Palana plan

(hərflərin diksinməsi)

Doğrudur, Azərbaycan hökumətinin yürütdüyü və hökumətdən “mayalanan” bütün rəsmi və qeyri-rəsmi qurumların dəstəkverdiyi “Xocalıya ədalət” kampaniyası diqqətçəkicidir və bu istiqamətdə atılan addımlar alqışlanmalıdır. Amma…

İndiyədək xalturaya öyrəşmiş məmurların birdən-birə durub patriot olması bir qədər ağlasığmaz məsələdir. Və əlbəttə ki, nə qədər can yandırsalar da, onların xislətində var bu: Hər ey plan doldurmaq üzrə gedir. Filan idarə Xocalı faciəsinin qurbanlarını qeyd etdi, bəhman təşkilat da bəyanat verdi.

Hamısı da boğazdanyuxarı gurultular. Heç düşünürsünüzmü, Fransanın qanun qəbulu ərəfəsində və bu günlərdə nə qədər təşkilatdan mənim elektron poçtuma bəyanat, tədbir xəbəri və “Sən Allah, bizim xəbəri yayımla” xahişləri gəldi? İllərlə görünməyən təşkilatlar xortladı birdən. Vətən eşqi, Millət sevdası nə şirin şey imiş?!

Bilirsinizmi, beynəlxalq təşkilatlar, əcnəbi vətəndşlar onların “email”lərinə gələn “Qarabağnamə”ləri nə edirlər? Oxumadan silirlər. Ya da bir az oxuyub sir-sifət turşudaraq. Dünya bezib əlimizdən. Bizim də, ermənilərin də.

Sadəcə dövlətlər və parlamentlərdə oturanlar oyun oynayırlar. Erməniyə təsəlli 1915 soyqırımı, Azərbaycana təsəlli 1992… Nə isə!

Deyəsən, mən yenə də əziz həmvətənlərim tərəfindən yanlış anlaşıldım.

Durğu işarələrindən hərəkat yaradan bəzi “liberal”ların çeynədiyi və bəzilərinin də hərdən  mənim ünvanıma işlətdiyi “vətənşüvən” ifadəsini sevməsəm də, hazırda əsl vətənşüvənlərin mənə ağız büzdüyünün və hətta söydüyünün fərqindəyəm.

Soruşulacaq: nə etməli? Durmalımı bu yoldan? Qaçmalımı bu yoldan? Yox, niyə duraq ki? Geriyə qayıtmaq var ha! Təsəvvür edin, Bakıdakı isti villanızdan birdən-birə hansısa Moskva bazarına qovurlar sizi – dublyonka satmağa. Haşa, əuzubillah!

Mən mızıx qoymağı sevmirəm, odur ki, haqqımızın tanıdılması istiqamətində atılan addımları dəstəkləyirəm. Amma gərək taktika və strategiya olsun. Xüsusən, “Azərbaycan-Amerika Alyansı” adlı bir təşkilatın Nyu-Yorkda təşkil etdiyi poster aksiyasına diqqət elədim. Çox maraqlıdır. Ən maraqlısı isə, posterlərdə “Azərbaycan və Ermənistana sülh tapmağa kömək et!” çağırışının olmasıdır. Bəli, Xocalıya ədalət yalnız belə ola bilər.

Bütün dünyaya da bunu demək, bunu eitdirmək və ön plana çıxarmaq lazımdır. O dəhətli kadrlar kiminsə ürəyini korlaya bilər, zavalını gətirə bilər, lakin o heç vaxt sizə görə erməniyə nifrət etməyəcək. Heç etməməlidir də. Sadəcə, bizim qazancımız o ola bilər ki, işğal faktını qabarda bilək. Bu bir yana. Naqqallığı sevmirəm.

Keçirəm əsas məsələyə. GoogleMaps-da bir dənə də olsun, Azərbaycan adı ilə Qarabağ ərazisi yoxdur. Ağdamdan o tərəfə hamısı erməniləşdirilib. Aha! Bizi dəstəkləyən və eyni zamanda dünyanın ən güclü informasiya maqnatları olan yəhudilər işimizə yaramadılar. Ermənilər öndədir.

Google-un xəritələrində “Khojaly” yazırsan, ABŞ-ın bir neçə şəhərində ofisi olan Erməni Xocalı Komitəsinin ünvanlarına rastlayırsan. Budurmu “Xocalıya ədalət”? Nə üçün öz xəritəmiz öz dilimizdə olan adlarla yoxdur internetdə?

Birini edəndə, digəri yaddan çıxır. 2 aydan çox olar ki, Fransa senatı bizi “xod”a saldı. Belə, yaxşı elədi. Gərək bizi kimsə qıdıqlasın.

Sarkozi də bu addımı sonadək atmayacaq. Atsa belə, yəhudi amili ilə əsaslandıracaq bunu. Fərqi nədir, əsas odur ki, (hələ də başsız və səpələnmiş külfət günündə olan) Türk Dünyasına ilişdirə bilsin. Ərəblər və farslarsa, türk amilini İslam vəhdətindən kənarda qoymaqla, öz tarixlərini yenidən yazmağa çalışırlar. Bəli, tərsinə, yəni Cahiliyyət Dövrünə doğru.

Bu işdə onlara Sarkozi və mənim “Sufyani” (İslamşünaslar anlayar məni) adlandırdığım Obama kömək edəcək. Obama ola bilər ki, bir az nəm-nüm eləsin, amma Sarkozi canla başla və ritmik şəkildə buna hazırdır.

Yadıma düşmüşkən, deyirlər ki, Sarkozinin oğlu DJ-dir. Aaa.. Əstəğfürullah! Biz görmüşük, prezidentin oğlu prezident olar….

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma