Əsas səhifə » Poeziya » Bu “yol” deyilən tale nədən döngə-döngə gəlib?!

Bu “yol” deyilən tale nədən döngə-döngə gəlib?!

Kimsənin nazından bir şikayətim yoxdur,

Bu canım öz acizliyimdən imiş təngə gəlib.

Həyatım romansa da, bir hekayətim yoxdur,

Ala-çiy macəralardan ürəyim əngə gəlib.

Bu “yol” deyilən tale nədən döngə-döngə gəlib?!

Dörd il əvvəl oğurlanıb birinin səadəti,

Sonda çıxdı rastına qəfildən ilk məhəbbəti,

İndiysə hey düşünər, etsin ərə xəyanəti?

Allahın verdiyi saf duyğu siyah rəngə gəlib.

Bu “yol” deyilən tale nədən döngə-döngə gəlib?!

Yazaram, bitməsə də, mənim sözüm – sənin yükün,

Ayrılıq varsa yenə, bir çəkərik qəmin yükün.

Bu cəmiyyətdə gör neçə gənc çəkir şərin yükün…

Şair, üsyan elə, nalədən ruh da dəngə gəlib!

Bu “yol” deyilən tale nədən döngə-döngə gəlib?!

Yığılıb arzuların cehiz-cehiz qəbrə  gedər,

Qovurar duyğuların, dərd ələnər, cəbrə gedər.

Nə qədər dözək fərağa, bu ömür səbrə gedər!

Sonra da deyək ki, sevdalı könül cəngə gəlib?!

Bu “yol” deyilən tale nədən döngə-döngə gəlib?!

Rüfət Əhmədzadə

25.03.2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma