Əsas səhifə » Esselər(içsəslər) » Ehtiramsayan gəlib, bir vaqon!

Ehtiramsayan gəlib, bir vaqon!

Bu günlərdə baş verən bir hadisə xalqımızın təmtəraqla və “Eurovision” kimi “qürur mənbələrindən biri” (sitat Əli Əhmədova aiddir) kimi qeyd olunur.

“Avronest”in Bakı sessiyası keçirilir. Hələ neçə aydır gurultusu qulaqlarımızdan getmir. İrəvanda deputatlarımızın ermənilərə “layiqli cavab” vermələrindən onları “layiqli” qarşılamalarına qədər mətbuatımız qazan kimi pıqqıldadı.

Akif Nağıya hədə-qorxu gəldilər, “qorotdel”də süründürdülər, az-çox milli heysiyyəti olanlara gözdağı verdilər… Bitdi. Xalq yenə oturdu yerinə, vecinə almadı.

Əvəzində öz ehtiramlarının, qonaqqarşılama qabiliyyətlərinin necə olduğundan dəm vurdular, erməni deputatların mehribanlıq və qonaqpərvərlik qarşısında zad-şey olmalarını manşet edib gözümüzə soxdular.

Guya böyük uğura imza atmışıq. Hələ bir ermənilərin qısqanclıqlarına anlayış da göstərəcəyik…

Xalq da xalq ola. Bu gün publika.az saytının yeni sorğusuna diqqət elədim. Sorğu cəmi bir gündür fəaliyyət göstərir, amma nəticələr də bu başdan görünür:

Azərbaycan televiziyalarında hansı mövzulu verilişlər daha çox  görstərilməlidir?

SORĞUNUN NƏTİCƏLƏRİ: Xəbərlər (1); İctimai-siyasi analitika (10); Musiqi və əyləncə (2); Elmi-intellektual verilişləri (10); Müəllif proqramları (5); Dünya və milli kino nümunələri (0); Xarici və yerli seriallar (505); İdman (0); Vətənpərvər ruhlu proqramlar (12); Mədəniyyət və incəsənət (3); Uşaqlar üçün proqramlar (2). Səsvermədə 550 nəfər iştirak edib.

Xalq serialları seçir. Necə ki, 20 ildir “Santa-Barbara” serialını yalan eləmiş “Qarabağ danışıqları”na üstünlük verir. Və necə ki, 19 ildir başının piylənməsinə davam gətirir. Serial bilirsinizmi Qərbdə necə adlanır?

Bilməmiş olmazsınız. “Sabun operası”. Bu xalq sabunu, köpüyü və operanı seçir. Savaş istəmir, dəyişiklik, konkretlik, ədalət və həqiqətin peşini çoxdan buraxıb.

Biz öz ehtiramımızı güclə yox, siyasətlə yox, şabaşlarla, lavaşlarla və bozbaşlarla qazanmağa çalışırıq xaricdə. Xaricdən də… Ehtiramsayan gəlib, bir vaqon!

Rüfət Əhmədzadə

02.04.2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma