Samanlıqda təhlükəsiz seks

(hisslərin püskürməsi)

Bu yaxınlarda “Facebook” qruplarından birində belə bir “post”a rast gəldim: “Bu ölkədə Ədalət ancaq kişi adlarında özünü göstərir”. Çox xoşumə gəldi. Amma bir əlavəm də var: “Ədalət”  qəzetinin adında da… Yalnız adında. Daha əlavəm yoxdur.

Azərbaycanda bu fikirləri hara fırladırsan-fırlat, gəlib öz məcrasını tapacaq. Siyasətdə də, incəsənətdə də, iqtisadiyyatda da, mədəniyyətdə də, mətbuatda da, ədəbiyyatda da… Son iki sahə mənə yaxındır. Həm ədəbiyyatla məşğulam, həm də mətbuat işçisiyəm. Amma məhz iki sahə digər sahələri müşahidə vəthlil etmək məcburiyyətində olduğuna görə, inanın ki, ən çox ədalətsizlik hiss edənlərdən biri də mənəm. Deməli, mən bu ədalətsizliyin mühasirəsindəyəm.

Ötən həftə “Yazanda “orqazm” hiss eləmək” adlı yazım internetdə yayımlandı. Və bu yazımdan sonra növbəti bir ədalətsizliyin qurbanı oldum. Mənə qarşı kəskin tənqidi fikirlər… Yox, əslində təhqirlər yağmağa başladı. Milli mentalitet təəssübkeşlərinin patriotizmi və nasionalizmi necə başlarına vurdusa, gözlərini yumub ağızlarını açdılar.

Adamı yandıran bilirsiz nədir? Bir şey haqqında məlumatı  olmayanlar özlərini ağıllı kimi göstərib fikir bildirməyə, yıxıb-sürüməyə çalışırlar. Mənim də sevmədiyim və həmişə “Bizim qızlar necə yandırıb ki, erməni-gürcü-rus qızlarının tərifiylə məşğuldur” dediyim Seymur Baycanı (amma bu onun özünüifadə haqqıdır) postmodernizmə nifrət və hücum səbəbinə çeviriblər… Və digərlərinin də adlarını sadalamaq olar. Amma mən dayanıram. Bir burdan dedim, bir də o biri tərəfdən deyim.

Azərbaycan ədəbiyyatına qeyri standart məhəbbət macəralarını gətirən, tabulara qarşı gələn bir yazıçının – Anarın ətrafına toplaşanlar indi gənc yazarların üstünə  getməklə məşğuldurlar. Qanadları altına aldıqları gənclər də ki… Nə isə.

Adam ağzını açıb bir söz demək istəyir, hansısa gülünc və əttökən bir mənzərəni təsvir etməyə çalışır, ya da könlündən öz hisslərini, yaşadıqlarını olduğu kimi, dünyanı düşünmədən yazmaq keçir.. O dəqiqə başlayır milli mentalitet davası. Onu gərək belə yazaydın, ya da elə yazsaydın yaxşı olardı… Yox bir, SAMANLIQDA TƏHLÜKƏSİZ SEKS!

Sanki bu qocaman şairlər özləri yazanda Somalidə aclıqdan ölən uşaqları düşünürdülər. Yoxsa, həyat və yaradıcılıqda hədəfləri yüksək vəzifə və fəxri adlar olan, gecə-gündüz “levi” arvad saxlamaq barəsində xəyal quran və tədricən bunu reallaşdıran bəzi şairlərimiz illər boyu Stalinin sevgisindənmi ilhama gəliblər? Bəlkə, çəkic-oraq onları ehtiraslandırıb?

Danılmazdır, inkaredilməzdir: Ehtiras yoxsa, “sevgi” deyilən şey sənə çatmırsa, çılğın hisslər bütün vücudunu bürümürsə, sən bircə sətir belə səmimi yaza bilməzsən. Lap cəmiyyətdə utancaq, abırlı, əxlaqlı biri kimi tanınsan belə. Lap dindən yazsan belə, hətta siyasi təhlillər aparsan belə.. Sən yazanda ehtizaz duymalısan. Bu da, ehtirasdan doğulmalıdır.

Postmodernizm necə gəldi, nəyi gəldi  yazmaq deyil. Postmodernizm məsələyə fərqli yanaşmaq, özünəməxsuz üslubla təsvir etmək, bədii ifadə zamanı yeniliklərlə çıxış etməkdir. Amma bu, o demək deyil ki, postmodernizm tənqidi qəbul etmir, heç bir ədəbi tənqidçinin hər  hansı fikir  bildirməyə ixtiyarı yoxdur. Amma ədəbi tənqid orda olar ki, araq qonaqlığına xatir tərif döşəyən tənqidçilər (uğursuz şair və yazıçılar) gözə dəyməsin. Bizdə isə “N” qədər…

Vaxtilə Tia.Az-da bir yazarın imzası görünürdü: Aybən(iz) Əliyeva. Aybəniz xanım çox duyğusal, tam istedad mücəssiməsi olmasa da, cəsarətli özünüifadə işartıları, qəlbində odu olan bir xanım idi. Bəs, hara getdi o xanım? Kim qovdu onu Azərbaycan mətbuatından və ya ədəbiyyatından? Əlbəttə ki, siz! Əziz oxucularım, sizin yazdığınız əndazəyə sığmayan məktublarınız, intim qarşılıqlı sponsorluq təklifləriniz, erotik görüş təklifləriniz… Nə  isə, həmin xanımın odu sönməsə də, o daha promoteylik etmək istəmir, daha mənim ruhlandırmağım da işə yaramır.

Aybən Əliyeva indi yeni bir kimliklə ucqar kəndlərin birində müəllimə işləyir. Yığdı şələ-şüləsini… Və getdi.

Getməzdən əvvəl, yəni mən onu dəmiryolu vağzalında yola salanda biz bir az kənd həyatından söhbət elədik.  Sözarası bir zarafat elədim:

–          Bax ha, kənd oğlanları bir az “opasnı” olur. Diqqətli ol, səni tez-tez samanlığa çəkməsinlər…

O isə, hazırcavablığından qalmadı, gülə-gülə yük çantasının ağzını aralayıb prezervativ dolu qutuları göstərdi:

–          Qəti narahat olma, bütün təhlükəsizlik tədbirlərini görmüşəm.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma