Əsas səhifə » Esselər(içsəslər) » İcazəli sevişmə

İcazəli sevişmə

“Xalqın oğlanları qız fırladır, sən bayraq fırladırsan” – müxalif gənclərə “obyektiv” el qınağı

İctimai Palatanın 8 aprel mitinqi baş tutmuş sayılır. Pis də olsa, yaxşı da olsa… Baş tutdu. Fərqi yoxdur, o mitinqə neçə nəfər gəldi. Mübariz Qurbanlının dediyi kimi 1000 nəfərmi, Bakı Şəhər Baş Polis İdarəsinin yaydığı məlumatdakı kimi 1200 nəfərmi, yoxsa bu biri tərəfin dediyi kimi 10 min nəfərmi… Mən orda idim. 10 min adam olmasa da, 1200 nəfər söhbətinə də inanmaq olmur. Ən azından, 7-8 min nəfər olardı eyni zamanda. Yəni mən meydanı tərk edənə yaxın.

Saat 17:00-da dostumla tərk etdik meydanı. Yolların bir ara bağlandığını eşitmişdik, ona görə tələsdik evə getməyə. Amma hələ də gələnlər var idi. Şəhid əsgərlərin şəklini daşıyan valideynləri, yaşlı qadınlar, hətta əlil və yerişindən xəstə olduğu bilinən insanlar da gəlirdi mitinqə… Onları mitinqə gəitrən nə idi? Məni ora gətirən.

“Rəsulzadə” sözü çoxhecalıdır deyə “Əli bəy”, “İsa bəy” qışqıranlardan fərqli olaraq, məni və dostumu  hər hansı llider yox, sadəcə İDEYA dartıb aparmışdı “20-ci sahə”yə. Yoxsa mənim nə itim azmışdı oralarda?!

Məsələnin mahiyyəti dostum Səidin dediyi kimi “kərpic qoymaq” idi. Fərqi yoxdur, nə qədər insan oldu orda. Əsas məsələ odur ki, nəyinsə necəsə dəyişməsi istiqamətində mən nə isə edim. Çoxdandır icazəsiz (bu sözdən zəhləm gedir), daha doğrusu razılaşdırılmamış mitinqlərə çıxmıram, heç olmasa, son 7 ildə ilk dəfə olaraq, müxalif partiyaların özünüisbatetmə cəhdlərinə dəstək oldum.

Oxucum deyəcək: “Ey müstəqil yazar, sənin nəyinə lazımdır onların özlərini isbat etmələri?”.

Mən isə deyəcəm: “Müxalifətin varlığı, bu varlığın hiss olunması mənə yox, xalqa lazımdır. Hətta iqtidaryönlü olanlara da. Rəqibin varlığını görərək, tərəfdarın qədrini bilsinlər deyə!”.
Necə dedim? Məncə pis alınmadı…

Bir xanım dostum mənə mitinqdən sonra “Facebook”da belə bir sual verdi: “Nə dəyişdi?”. Mən dedim ki, hələ indidən nəyinsə dəyişməsini gözləmək yersizdir.

Amma yox… Gərək belə deyərdim: MÜBARİZƏNDƏ İSRARLI OLMADAN NİMÇƏDƏ AZADLIQ ALACAĞINA ÜMİD ETMƏYİN AXMAQLIQDIR!

Necə dedim? Lap əla dedim… Qoy burda özümlə öyünüm. Mənimçün özümü ifadə etmək, ürəyimi boşaltmaq SEVİŞMƏK kimidir. İcazə oldu da, olmadı da… Hələlik, əziz oxucular!

Rüfət Əhmədzadə
09.04.2012
Advertisements

İcazəli sevişmə” üçün 3 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma