Əsas səhifə » Poeziya » Azərbaycan olmuşam

Azərbaycan olmuşam

Çox uzun müddət oldu ayrılalı, di gəl ki, mən

Hələ də eyni halda, xəstə-yarımcan olmuşam.

Yazılar çox şeir, amma yeni söz qəlbimdən

Oldu qopmaz ki, gəliş müjdənə nalan olmuşam.

***

Parçalanmış, ərimiş, Azərbaycan olmuşam.

Nə qədər misralarımdan tökülür duyğularım,

Nə qədər sənli əsər, sənsiz oldu məna yarım.

Nə qədər yalan deyim, qürur edim, əsəb tarım,

Gələcək səndə qaldı, hər günü viran olmuşam.

Parçalanmış, ərimiş, Azərbaycan olmuşam.

***

Vətəni tərk elədim, sən məni tərk eləyəndə,

Eşqə hey mey suladım, qəlbimi çirk eləyəndə,

Amma yox məkan sevgiyə – bunu dərk eləyəndə,

Anladım lənəti, bəxtimdə bəd insan olmuşam.

Parçalanmış, ərimiş, Azərbaycan olmuşam.

***

Edilir duyğularım istismar, yaz gecələr.

Çəkilir uyqularım, sabahla bir boz gecələr.

Həsrətdə keçən günün anlamını yoz gecələr,

Hər ümid bir şəhidim, könlü xiyaban olmuşam.

Parçalanmış, ərimiş, Azərbaycan olmuşam.

 

Rüfət Əhmədzadə

22.04.2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma