Ağlayacam

Necə sən qürrə edirsən qovaraq qəlbindən,

Qapıdan məğrur üzümlə çıxacam, ağlayacam.

Bir tövr baş açmıram bu məhəbbət hərbindən,

Gecələr rəsminə xəlvət baxacam, ağlayacam.

***

Düzələr bəxtimə həmrəng ayaqqabılar yola,

Səni peşman eləmək “bəlkə”simi yazmaq ola?

Durduğum yerdə də heykəl olaram, zəhmi qala,

Başımı buludlara leş yıxacam, ağlayacam.

***

Ara-bir seyr edərəm biz dolaşan o yerləri,

Bir-iki gəzməli yer də artırar dərdi-səri.

Bu şəhərdən köçürəm hər gecə qoltuqda pəri,

Səhər isə qayıdıb diş sıxacam, ağlayacam.

***

Nə deyim, mən nə edim ki, qaytara səni sözlər,

Gümanım eşqimə bitməz ki, donub sönə gözlər.

Rüfətin dərdini min çəkən varsa, yenə gözlər,

Sevmədin sevincimi, qəm yaxacam, ağlayacam.

Rüfət Əhmədzadə

23.04.2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma