Məni qınama, nolar!

Məni qınama, nolar!.

Məni qınama, nolar!

Danlama hıər addımbaşı

“yenə içmisən” deyə…

Demə mənə “yoldaşların,

yaşıdların artıq vəzifədədir,

Sənsə arzularından tez vaz keçmisən, niyə?!”

Demə mənə,

Nə qədər düşünürsən məni,

Demə yaxşılığımçün danışırsan dır-dır…

Qəti danışma mənə

Gəncliyin fürsətindən…

Heç yadıma da salma

Nələri itirdim mən…

Sən mənə sudan danış…

zaman kimi axır heç

sonrası bilinmədən.

Bir az havadan danış,

Pis olanda

necə ürəyim gəlmir görüşə çağırmağa…

Necə həvəsin gəlmir məndən ayrılmağa…

Küləklər oxşadıqca tellərini…

Bərk-bərk sıxıb ovduqca üşüyən əllərini….

Mənə çaydan danışma

– ayırar bizi qəfil girərək aramıza

lap Araz kimi.

Heç Aydan da danışma,

ayrı-ayrı evlərdə gizlin SMS-lərlə

alçaldacaq sevgimi…

Həm də yaşatsa belə…

Ya da heç nə danışma,

qoy vurum mən özümçün.

Heç olmasa bu saat, bu gecə,

məhz bu gün…

Unudum dünyanı….

Səndən başqa əlbəttə,

səndən başqa hamını!

Elə lap özümü də…

Və həm də ki,

atamı, anamı…

ən axırda

sənin məni vicdan əzabı çəkməyə

vadar edən ərini!

Rüfət Əhmədzadə

24.04.2012.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma