Yetəm o ruha ki…

Azacıq, bir-iki qurtum dadacam eşqimdən,

Doymamış da çırpacam badəmi sal daşlara mən.

“Allahın məsləhətiymiş” deyərək itkimdən,

Yenə xoş göstərəcəm kefimi yoldaşlara mən.

Yetəm o ruha ki, yazmam daha göz-qaşlara mən!

***

Elə bir zövq alacam, tənhalığımdan da belə,

Hələ bir şövq olacaq,  qəmli gözəllər də gülə.

Məni qəlbində silən, çətin ki, tarixdə silə,

Birinin unutduğun cızmalı yaddaşlara mən.

Yetəm o ruha ki, yazmam daha göz-qaşlara mən!

***

Şeirin qiymətini bilməyən də xalqdandır,

Sevib də sevənlərə gülən belə xalqdandır.

Demə “eşq şairisən”, sevdiyim də xalqdandır,

O küsər, küs tutaram hirs ilə yurddaşlara mən.

Yetəm o ruha ki, yazmam daha göz-qaşlara mən!

Rüfət Əhmədzadə

25.04.2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma