Əsas səhifə » Poeziya » Yaxşı oğlansan, şair!

Yaxşı oğlansan, şair!

Kənardan kədərli
Və bir az da fəlsəfi görünərsən.
Sən özünü zəhərləyən anlarda.
Hələ siqaret yanında bir pivə bakalı da
Qoyub qarşına şəkil çəkdirərsən…
Təzadlı duyğular oyatmaq üçün
Səni az qala sevməkdə olan insanlarda.
Hər sevgi qarşısında,
Bir ikrah da qazanıb
Balanslı siyasət ölkəsində
Sən də öz balansını yaradarsan…
Kim nə desə də sənə…
Yaxşı oğlansan, şair!

Sənə “sufi” deyənlər də tapılar…
Sənə “kafir” deyənlər də tapılar…
Həm söyüb, həm sevənlər də tapılar…
Sən hər dəfə daha artıq itərsən
Hər gün səni tapan bir tapıntıda..
Dişlərində çeynəndikcə tabular.
Daha yaxşı olarsan…
Daha da pisləşdikcə səhhətin…
Pis insan olmağından heç çəkinmə..
Bax, əsas odur ki, sən..
Yaxşı oğlansan, şair!

Evli qadına məktub da yazarsan,
Hələ bir yatağından da qaçarsan…
Sevginə “azadlıq” desən də yenə,
Zinadan da qorxarsan…
Bacarmazsan özünlə…
Eşqinə yetməyəcək qədər aciz,
Və imtina etməyəcək qədər cəsur olarsan…
Özünü tez-tez qarğıyarsan həm də…
Yəqin buna görə də,
Yaxşı oğlansan, şair!

Azarsan xəyallarda,
Uçarsan yazılarda…
Və bir an,
Heç gözləmədiyin vaxt
Adi çırpınışda qopub düşərsən…
Bakirə gözlərindən
Sənin son ayrılıqda
Gələcək körpən üçün
Ayırdığın o qəbrə.
Ölərsən,
İtərsən, batarsan…
Bu pisliyin içində
Heç olmasa çırpına bilirsənsə,
Yaxşı oğlansan, şair!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma