Sən ölməyəcəksən

Bu sabah sənə əvvəlki sabahlardan gəlməsin. Bu günü adi bir gün hesab etmə. Dünən olanların bu gün olmadığından nə təəssüf hissi,  nə də sevinc duyğuları keçirməyin yeri yox. Və heç də düşünmə ki, bu gün hər şey daha yaxşı olacaq. Sadəcə daha fərqli… Həm də günəşin çıxdığı, insanların qarışqa kimi qaynaşdığı sıradan bir gün.

Ötən gecə şeirlərlə uydurub yatızdırdığın ümid oyanıb bu səhər səninlə. O da səninlə birgə addımlayacaq bu gün. Sən yenə də  insanların  arasına qarışıb itəcəksən. Ya da tapılacaqsan. Bu insanların arasınd itən bir başqası tərəfindən yəqin ki… Bu dünyada tapıntı kimi yaşamağın öz yeri var… Adətən tapıntı olan insanlar itəndən sonra kəşf edilir cəmiyyətlərdə.

Kölgəndə ruhunun qaranlığı var. Gözlərində hələ ölmədiyindən xəbər verən dünyaya “meydan çağırışları”.

Bəlkə də, tamam bitkin…. Bəlkə də, daha bədbin… Amma sən yaşayırsan.

Bu insanlar da sənin kimidir. Sən də onlar kimisən. Adi! Amma onlardan hər biri, elə sənin kimi də özünü qeyri-adi saymağa meyillidir. Sən “Nitşe”lər arasında itmisən. Elə bütün bədbəxtliklər də burdan başlayır.

Qeyri-adilik fikrin ya səni hamıdan yüksək tutacaq, sən yan-yörənə  yuxarıdan aşağı baxacaqsan… Ya da onlardan biri olmamaq, adi insan kimi yaşaya bilməmək acısıyla özünü dərədə hiss edəcək… Lap dağın ətəyində.

Amma dur! Sən adi insansanmış. Bir qədər fərqli görünsən belə, fərqli düşünsən belə. Bəlkə, elə adi insan olduğumuzu anlayıb bu məsuliyyəti hiss etməkdir göstərəcəyimiz qeyri-adilik?

Adilikmi deyim,  yoxsa sadəlik? Sadəcə özün kimi… Sən özün kimi olmaqla, gör nə qədər böyük iş görəcəksən?

Vəzifə xətrinə min dona girənlərdən fərqli olacaqsan…

Sevgini tərəziyə qoyanlardan olmayacaqsan…

Ümidini Allaha bağlayıb insanlardan küsənlərdən deyil də…

Allahdan ümidini üzüb insanların ətəklərindən yapışanlardan da yox,

Sadəcə Allah və insanı bir-birindən ayırmağı, amma onlara olan sevginin də vəhdətdə olduğunu biləcəksən…. Gör nə qədər fərqlisən?

Səni incidirlərmi? Sən möhkəm olmalısan…

Səni anlamırlarmı? Sən özün-özünü anlamalısan…

Səni yaşamırlarmı? Sən özün özünlə yaşamalısan…

Kimin üçün, nə üçün, niyə?!

Bəlkə, sadəcə adi insan kimi ölərək, qeyri-adi, “Fövqəlinsan” kimi yaşamaq üçün…

Həyatın acı gerçəyidir bu. Sevirsən, inanırsan, yaxın buraxırsan, başqalarından qopub birinə bağlanırsan… Və bir gün qulaqlarında “bomba” partlayır: “Biz ayrı-ayrı dünyaların adamlarıyıq!”.

Ölməkmi istəyirsən? Əbəs yerə uğraşma, sən öz insanlığınla heç vaxt ölməyəcəksən!

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma