Əsas səhifə » Poeziya » Aysel üçün son şeir

Aysel üçün son şeir

Yox, Aysel, yox!

Daha batmır dərd yüklü gəmilər

Araq rumkalarında,

Daha dostların ürəkdən dediyi,

Amma boş olduğunu

Özləri də bildiyi sağlıqlar da

Məst eləmir,

Heç olmasa bir anlıq!

Daha dəyişmir heç nə,

Səndən sonra kimsə almır vecinə

Həsr edib oxuduğum şeirləri…

Bilirəm, insan yanında olanda

Çox maraqsız görünür

Onun poeziyası.

Mən məni tərk edənlərin hamısını

Bir-bir başa düşürəm,

Səndən savayı, Aysel!

Bu gediş

həm gözlərimdə bir qığılcım kimi

işıq salıb göstərdi

dünyanın necə fani olduğunu…

Həm də ömrümü bürüdü qaranlıq!

Qətiyyən dəyişmədi

Səni söyüb hər gecə

öldürdükdən sonra gələn həyatım!

Bu gün dünən kimidir,

Sabah üçün bronlanıb

Beşulduzlu viranlıq!

 

Gülümsə, Aysel…

Və heç nə demədən çıx…

Daha mövzu deyilsən

Mənim şeirlərimə….

Sənin adına layiq deyil axı dumanlıq….

Hər şey artıq bitib-tükənmək üzrədir, Aysel.

Sənin qoyub getdiyin hər şey!

Rüfət Əhmədzadə

16 may, 2012-ci il.

Advertisements

Aysel üçün son şeir” üçün 2 cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma