Bu şəhərin gecəsi

Gəl keçək bu şəhərin gecəsindən,
Dünyanın səhərindən üz çevirək.
Tutaq bu an zamanın xirtdəyindən,
Birgəliyin başına duz çevirək.

Bu şəhər bizi rastlaşdırandısa,
Bir gecə qovuşmağa nağıl qoşaq.
Sabaha ümidlə daşdırandısa,
Gəl, bir eşqə biz iki ağıl qoşaq.

Lap bacarsaq, unudaq biz hamını…
Adları da, üzləri də unudaq.
İlkmiş kimi dadaq busə tamını,
Göz dolduran sözləri də unudaq….

Gəl, içək bu şəhərin gecəsindən,
Bitirək bu zülməti bir nəfəsə…
Və udqunaq uduş düşüncəsindən…
Gəl gətirək Rüfəti bir nəfəsə.

Rüfət Əhmədzadə
17 may, 2012-ci il.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma