Əsas səhifə » Poeziya » “Bir fahişə arzusu”

“Bir fahişə arzusu”

Bir xəfif külək bəs edər
Açıq qalan pəncərəni vursun
Və sovursun havaya
aylarla döşəmədə,
Kitabların arasında
Otağın künc-bucağında
yığışıb qalan siqaret külünü.
Bir xəfif toxunuş da bəs edər
Qurtarsın səni təklikdə tükənməyindən.
Bir qısa öpüş bəs edər
Vursun səni atsın
bu divardan o biri divara…
Bir fahişənin qapıdan səslənməsi
Bəs edər…
Bu otaqda öldürdüyün
Dünyanı da dirildib
yenə o mələyə bağışlamağa…

Döşlərinin arasında
Sıldırım dağlardakı döyüşləri anarsan.
Həyəcandan, nəfəs almaq necə olur adətən
Onu da unudarsan.
– Hərçənd necə hamardır,
Sürüşürsən sinəsindən
Onu düşündüyündə
Yanaqlarından süzülən yaş kimi…
Gilələri daş kimi…
Bir fahişə səni qolları arasına alar…
Və qaldırar göylərə səni o mələk.

Onun gəlişinə hazırlaşmalı
Bəlkə, gedib üzünü də qırxmalı hamamda?
Bir az ətirlənməli…
Dayan!
Dur!
Nə edirsən, dəli?!
Bir fahişə arzusuyla qıvrılan
Bir mələyin məşuqu ola bilməz….
Sənə qasırğa lazımdır, dostum!
Sovursun səni də,
Fikirlərini də,
Lap insanlığından xəbər verən
ən xoş hisslərini də
Kitabların arasında
Otağın künc-bucağında
yığışıb qalan siqaret külü ilə birlikdə.

Rüfət Əhmədzadə
18 may, 2012

Advertisements

“Bir fahişə arzusu”” üçün 2 cavab

  1. O isə… Çox güman ki, toya hazırlaşır. Amma sən qəti narahat olma, hekayəni yaz. Onu oğul-uşaqlı, özünü isə ağsaçlı-ağsaqqallı təsvir etməkdən belə çəkinmə… Onsuz da, sən və sənin hekayəni uzun illər sonra kəşf edəcəklər. O, hələ səni oxumağa hazır deyil.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma