Sənə yazmadım…

Son günlər yaman narahat olursan,
Hər yeni şeirimdə əvvəlki sevgilimi axtararaq.
Ona şeir həsr eləmədim, eşqim.
Heç sənə də bir misra yazmadım indiyə qədər.

Nə bədbin, nə də nikbin,
Heç bir yazımın mövzusu olmadın.
Hər dəfə “Onamı?” soruşub durma,
Heç kimə bir şeir borcum da yoxdur…

Sadəcə,
Düzünü deyim, gəl sənə,
Hər insan olduğumu düşünəndə,
Qəribə şeylər baş verir
mənim kişi bətnimdə…

Aman Allah,
nələr olur anlamam!
Mən bəlkə də,
Adi bir saxtakaram,
Ya da ruhi xəstəyəm
– indiyədək həyatda əfsanə yaşamamış,
Amma bu gerçəkliyi unutmağa çalışan
Sevgi şeirlərində.

Hə, yeri gəlmişkən…
Mənim sevgilim yoxdur.
Bəs kimə yazıram ki?
Mövzu gərəkdi, mövzu!

Rüfət Əhmədzadə
19.05.2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma