Göz (əruz vəznində)

Bəli, çox üzgün idim səndən ayrılan gecə mən,
Bir kimsə görmədi, çün yoxdu dərdə baxmalı göz.
Qəti məğlub olmadım, sadəcə düşdüm gücə mən,
Lənəti müjdə görən yerdə, inan, çıxmalı göz.
Nə bulaq, nə bəhri-sevda, məzara axmalı göz.

Bir ömür arzu qurar bircə görüş şirnisinə,
Bir aşiq ah-vay edər bircə öpüş şirnisinə.
Uğurmu açdı qucaq? Dürlə ötüş, şirnisi nə?!
Sevdalı gözlərə həsrətdi indi loxmalı göz.
Nə bulaq, nə bəhri-sevda, məzara axmalı göz.

Bəli, çox əzgin idim səndən ayrılan o gecə,
Ovcumda səadətim ani sıyrılan o gecə.
Daha toxtaqdı Rüfət, bənzəməz artıq o gicə,
İndi qəlbdən söz axır, ümid qəsri – daxmalı göz.
Nə bulaq, nə bəhri-sevda, məzara axmalı göz.

Rüfət Əhmədzadə
21.05.2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma