Klintonun kuklası

ABŞ dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz səfərindən bir həftəyə qədər vaxt keçir, amma bu səfər ətrafında dolaşan söz-söhbət səngimək bilmir.
“Regionda balanslı yanaşma” iddiasında Xanım Klintonun Ermənistana, Gürcüstana və Azərbaycana olan səfərləri bir-birindən fərqləndi. Klinton bu üç respublikanın üçünü də razı saldı bir növ. 

İşğalçı Ermənistan quldurbaşısının yanında Azərbaycana sataşan “müharibə təhdidlərini qəbul etmirik” açıqlamasından sonra Bakıda “hər şeyi etməyə hazırıq” deməsi gülünc göründü. 

Özünü bir çox məsələlərdə hətta Obamadan da mühüm fiqur kimi göstərən xanım Klinton prezidentlərin Paris görüşü üçün yeni yanaşma hazırladığını dilə gətirdi. Nədir bu yeni yanaşma?

Əgər ərazi bütövlüyü və xalqların müqəddəratı mövzudursa, Azərbaycan tərəfdən maksimum güzəşt edilib. Bəs Ermənistan tərəfdən? İkiüzlü siyasət yürüdən bir dövlətə öz taleyimizi necə etibar edək? Rusiyadan 20 il insaf gözlədik, ABŞ-dan neçə il gözləməliyik? 

Yoxsa prezident seçkiləri öncəsi ABŞ hökuməti bu məsələni bizim xeyrimizə həll etmək üçün riskə gedəcək? Düşünmürəm… Xalq demişkən, bu ölkədə bir xalq var – Azərbaycan xalqı. Və burada ərazi bütövlüyünü də bu xalq birlikdə – referendumla həll edəcək. Lokal referendum konstitusiyamıza ziddir. Bunu hamı bilir… Bəs görünməyən tərəf?

ABŞ Azərbaycanı daha bir neçə il xəttdə saxlamaq niyyətindədir. Bu ölkədə özünə ram edilmiş bir quruluş yaradana qədər. ABŞ Azərbaycanda Gürcüstanda olduğundan da arxayın olmaq istəyir. Ona görə də, budəfəlik söz sahibi – iqtidarla görüşməyə, danışmağa üstünlük verdi.

Müxalifət vecinə deyil. Vallah, heç iqtidar üçün də gözünün suyu axmır. Klinton Amerikanın gələcəyə hesablanan siyasətinin icraçısı kimi Bakıda onun üçün ən mühüm olan bir addımı atdı. Bəxtiyar Hacıyevlə görüş…. Klinton digər məhbuslarla maraqlanmadı, müxalif partiya sədrləri ilə ünsiyyət qurmadı… Müxalifətin incikliyini başa düşürəm, amma iqtidar tərəfdarlarının nədən sevindiyini anlamıram.

Bu, açıq-aşkar bir mesaj idi. Amerika Azərbaycanda müxalifəti siyasi qüvvə kimi qəbul etmir. Bu sənin özünü qəbul edib qardaşını qəbul etməmək kimidir. 
Əvəzində daha təhlükəli bir variant təklif edir – qoynunda bəsləyib yetişdirdiyi Bəxtiyarı. Amma yenə də mən düşünürəm. ABŞ istəyir gündə on Bəxtiyar Hacıyev yetişdirib siyasətə soxsun, yenə də Azərbaycan Gürcüstan olmayacaq. Mən demokratiyadan danışmıram, oyunları nəzərdə tuturam.

Nə isə… Xanım Klinton getdi, amma oyuncağını burda qoydu. Və bir də… Bizi düşünməyə vadar elədi. Nə Rusiya, nə Amerika, nə də İran Azərbaycanı onun özündən çox düşünə bilməz.

Advertisements
Bu yazı Kateqoriyasız içində dərc edildi. Daimi bağlantını seçilmişlərinizə əlavə edin.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma