Əsas səhifə » Esselər(içsəslər) » Mələməliyski kino

Mələməliyski kino

Milli Məclis əndrəbadi qanunları hazırlayır və “Fatı dur, Fatı otur” prinsipi ilə də qəbul edir…. Adamı lap gij gülmək tutur. Son məsələ “Kommersiya sirri haqqında” qanuna dəyişiklik. Şirkətin təsisçi və payçıları gizli saxlanmalıymış. Bu nə absurddur? Məgər payçının adı nəsə kommersiya layihəsidir ki, sirr olaraq da qalsın?! Camaatı qoyun yerinə qoymusuz?!

Bu ölkədə daha hansı sürprizlər var görəsən? Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziya Səmədzadə iclas vaxtı çıxır və qayıdıb “ağıllı” bir çıxış edir: Onu qeyd edim ki, 2001-ci ildə qəbul edilmiş bu sənəd  biznes mühitinin öyrənilməsi üçün kifayət qədər əsas verir. Mən məsələ ilə bağlı Prezident Administrasiyası ilə əlaqə saxlamışam və ordan icazə almışıq (?), bu sənədə bir də baxacağıq. Ancaq burada beynəlxalq təcrübəni misal çəkdilər ki, heç bir xarici ölkədə belə bir praktika yoxdu. Mənim əlimin altında Qazaxıstana aid sənədlər var. Qazaxıstanda bu məsələ ilə bağlı daha sərt qanun qəbul olunub”(modern.az).

Milət vəkilləri Avropa nümunəsi istərkən, hörmətli Ziya müəllim Qazaxstan nümunəsindən danışır. Bəs hanı sizin Azərbaycan nümunəniz? Hanı sizin avropaya inteqrasiyanız?

Və… Görəsən, Avropaya interqasiyanı əlində bayraq edən hökumətyönlü gənclər təşkilatları, ictimai qurumlar və politoloqlar niyə susur? İşiniz gücünüz elə geopolitik proqnozlar verməkdir? Belə gedişlə, ölkəmizin geopolitik durumu necə olacaq, bilirsinizmi? Mələməliyski…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma