“Anti-depressant”

Bir həbdir

– atacam və unudacam hər şeyi.
Yüngülləşəcək sinəmdəki yük.
Hər nə qədər böyük olsa da sənə sevgim…
Keçəcək başımın gicəlməsi
Sinirlərimdəki gərginlik də səngiyəcək…
Və artıq
məni tərk etməyin də
dərd olmayacaq.

Sən sahildə dolaşan anlarda
Mən klaviaturamda işləməyən
əlifbadakı son hərfin yerinə
başqa münasib kəlimələr fikirləşəcəm…
Sən doyacaqsan dəli dalğalara
Lal və donuq baxmaqdan.
Mən isə doymayacam
Lal…
Amma içim yana-yana
Sənin tərkedişinin dadını çıxarmaqdan.

Evə qayıtmaq istəyəcəksən
Bəlkə bir anda
– Mən orda yoxam.
Ya da
Mesaj qutusunda
axtaracaqsan məni
Mən qeyb olmuşam….
Bir həbdir
– atmışam və unutmuşam
Hər şeyi… Səni… Eşqi.
Sən mənə görə narahat olma
Ayrılıqla dünya dağılmadı ki…
Mənim dünyamdan dünyada kimə nə?
Əşşi… Bilirsən nədir?

Anti-depressantla sevginin acısı keçsəydi
Dünya elə
Məhəmməd gəlməmişdən dağılardı…
Dünya hələ dünyaları dağıdır.

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma