Əsas səhifə » Esselər(içsəslər) » Müqayisəli sevgi

Müqayisəli sevgi

Mən ucalmağın
sevgiyə əyilmək olduğunu düşünəndə…
Sən alçalmağın
Qorxusundan bir sədd çəkmiş idin
Mənim duyğu qoşunlarım önündə.

Mən həyatın
ancaq gecə yaşandığını dərk etdiyim zaman
Cənnəti lap balaca bir otaqda
sən və məndən ibarət düşünürdüm….
Amma bax elə o an…
Sən məni tərk edirdin
Gündüzlər cəhənnəmə…
Gecələr cəhənnəmə
Həyatı bir heçnəyə çevirərək!

Mən ayrılmağın deyil..
Başladığım bir şeyin
bitməsini istəmədiyim üçün
Hər şeyi əfv etməyə hazır idim….
Sənsə hazır deyildin…
Məni yox…
Onu yox…
Bunu yox…
Özünü bağışlayıb…
Nə isə!

Şeir də bəhanədir
Müqayisəyə deyil
Mühakiməyə deyil…
Sadəcə xəyalən qarşına keçib
“Heçnədən də səni yaşada bilirəm” deməyə.
Sən heçnədən öldürə bildiyin tək…

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma