Əsas səhifə » Poeziya » Sevgi parçaları

Sevgi parçaları

Bir dəniz sahilində

pencəyimi bir barmaq ucunda

bir çiynimə aşırdaraq

Üzü dənizə durub

Xəyala dalmış kimi

Şəkil çəkdirmək deyil mənim sevgim.

 

Bir şəhər mərkəzində

Bir parkın ən qoca

Ən qəmgin

Və ən çox öpüşənlər üzərinə

kölgə salan bir ağacı altında

Ayrılıqdan şeir yazmaq da deyil.

 

Ya da kiçik bir otağa qapanıb

Böyük bir imarətdə

Zər-zibanın içində

Hər şey olandan sonra

sevginin gəlməsini gözləyən birisini

şeirlərdə əzizləmək də deyil!

 

Heç sən də deyilsən….

Heç mən də deyiləm….

Heç bilinmir nədən ibarətdir bu sevgi….

O bölünübdür iki şəhərin arasında…

Bir hissəsi  “Yaxşı tanımamaq” adlanır indi..

Digəri isə “Adi internet macərası”.

Ortada qalan isə sadəcə məsafədir…

Nə mən tələsirəm sənə gəlməyə…

Nə sən ürək edirsən “gəl” deməyə.

 

 

 

 

 

 

Advertisements

Sevgi parçaları” üçün bir cavab

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma