Bilirsən?

Bir anda yıxıb getsən də hər şeyi,
Səni hələ sevməliyəm, bilirsən?
Həyat çox yıxıb əzsə də aşiqi,
Taleyim bu – çəkməliyəm, bilirsən?

Yenə keçər sabaha yol gecədən,
Yenə içər qanımı bol gecə dəm.
Nə bitirər nə bitməz işgəncə-qəm,
Səhər süni gülməliyəm bilirsən?

Gözlərimdə qalanacaq bu sevda,
Dilim-dilim doğranacaq bu sevda.
Hansı qəlbə paylanacaq bu sevda,
Öz qəlbimə tənəliyəm bilirsən?

Yanılmadım, səni sevdim, düz etdim,
Baxma sənsiz hər anımı söz etdim.
Daş-qayalı könlü hamar-düz etdim,
Dərd əkib nə biçməliyəm, bilirsən?

Yetişmədi nə vaxtı, nə meyvəsi,
Bu sevginin də yoxmuş ki vədəsi.
Nə kökü, nə budağı, nə gövdəsi
Bilinmə ztikan kimiyəm, bilirsən?

Rüfət Əhmədzadə
23.06.2012

Advertisements

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma